Sumqayıtda hava

Manşet, Cəmiyyət

“Sumqayıt Gənclər Evi”ndə Gənclər Günü qeyd edildi

“Sumqayıt Gənclər Evi”ndə Gənclər Günü qeyd edildi

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Sumqayıt Gənclər Evi”ndə "2 fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə bədii-əyləncəli bayram tədbiri keçirilib. İdarədən "Yenisumqayit.az"a bildirilib ki, tədbirdə hökümət və qeyri-hökümət gənclər təşkilatları, ictimai-fəal və həmçinin könüllü fəaliyyət göstərən gənclər iştirak ediblər.

Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov tədbirdə çıxış edərək Gənclər Gününün tarixi əhəmiyyətindən, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, şəhərimizdə gənclərə göstərilən diqqət və qayğıdan, yaradılan şəraitdən danışıb, iştirakçıları Gənclər Günü münasibətilə təbrik edib.

Sumqayıt Gənclər Evinin elan etdiyi V buraxılış könüllülük fəaəliyyətində uğurla iştirak etmiş 8 gəncə Baş İdarənin sertifikat və hədiyyələri təqdim edilib.

Tədbirin bədii hissəsində Gənclər Evinin rəqs dərnəyinin hazırladığı müxtəlif nömrələr nümayiş etdirilib, intelektual oyunlar keçirilib.

"Yenisumqayit.az"

“Sumqayıt Gənclər Evi”ndə Gənclər Günü qeyd edildi

“Sumqayıt Gənclər Evi”ndə Gənclər Günü qeyd edildi

“Sumqayıt Gənclər Evi”ndə Gənclər Günü qeyd edildi

“Sumqayıt Gənclər Evi”ndə Gənclər Günü qeyd edildi

“Sumqayıt Gənclər Evi”ndə Gənclər Günü qeyd edildi

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR