Sumqayıtda hava

Cəmiyyət

Cüdo üzrə Sumqayıt birinciliyinə yekun vuruldu

Cüdo üzrə Sumqayıt birinciliyinə yekun vuruldu

26-29 yanvar tarixlərində M.Hüseynzadə adına şəhər stadionunda 2003-2005; 1997-1999-cu il təvəllüdlü oğlan və qızlar arasında şəhər birinciliyi keçirilib.

Dörd gün davam edən gərgin idman mübarizəsi şəraitində yeniyetmələr arasında Şirin Muradov (30 kq), Eltac Yusifli (34 kq), Tarverdi Baloğlanov (38 kq), Mirzə İsgəndərov (42 kq), Ömər Rəcəbli (46 kq), İbrahim Nəzərov (50 kq), Tamerlan Kərimov (55 kq), Sədi İsmayılzadə (60 kq), Elşən Əlizadə (66 kq), Abdulla Abdullazadə (73 kq) və Atababa Niftəliyev (+73 kq) oğlanlar arasında,

Züleyxa Nağıyeva (28 kq), Fidan Qasımova (32 kq), Nigar Şahməmmədova (36 kq), Günay Hüseynli (46 kq), Səbinə Əliyeva (44 kq), Firuzə Məcidova (48 kq), Rita Əliyeva (52 kq), Ayişə Əhmədova (57 kq), Elnarə Rəşidova (+57 kq) qızlar arasında birinciliyin qalibi olub.

Gənclərin yarışında Əliş Yusifov (55 kq), Nicat Rzazadə (60 kq), Məhəmməd Hacıyev (66 kq), Əli Poladov (73 kq), Ayxan Qeysərli (81 kq), Elvin Qaragözov (90 kq), Adil Kərimli (100 kq) və Asif Əliyev (+100 kq) oğlanlar arasında,

Mətanət Cavadova (44 kq), Şəhanə Əsgərova (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Xədicə Rəşidova (63 kq), Fidan Nurəliyeva (63 kq), Fidan Tanrıverdiyeva (70 kq) və Mehriban İmanzadə (78 kq) isə qızlar arasında hamıdan güclü olduqlarını sübut edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qalib və mükafatçılar şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyələri ilə təltif olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR