Sumqayıtda hava

İqtisadiyyat

"Azərikimya" İB-də Almaniya səfiri ilə görüş

"Azərikimya" İB-də Almaniya səfiri ilə görüş

"Azərikimya" İB-də Almaniya səfiri ilə görüş

Yanvarın 31-də "Azərikimya” İB-də Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüş keçirilib.

Qonağı səmimi salamlayan, Almaniyanın Azərbaycan üçün iqtisadi tərəfdaş və dost ölkə olduğunu, iki olkə arasında uzunmüddətli, səmərəli əməkdaşlığın mövcudluğunu, Almaniya şirkətlərinin SOCAR tərəfindən həyata keçirilən bir sıra beynəlxalq miqyaslı layihələrdə uğurla iştirak etdiyini vurğulan "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Azərbaycan neft-kimya sənayesinin inkişaf mərhələləri, "Azərikimya”nın istehsalat sahələrində aparılan yenidənqurma və modernizasiya işləri və perspektiv layihələr haqqında ətraflı məlumat verib.

İki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi istiqamətində son vaxtlar atılan mühüm addımlardan danışılan görüşdə Almaniyanın UNIPER (EON) şirkətinin prezidenti Klaus Şehferin rəhbərlik etdiyi nümayəndə heyətinin Sumqayıta səfəri, səfər çərçivəsində SOCAR və UNIPER (EON) şirkəti arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin - "SOCAR-UNIPER” MMC-nin yaradılması haqqında imzalanan sazişə də toxunulub.

Söhbət əsnasında Sumqayıtın Almaniyanın Lüdviqşafen şəhəri ilə qardaşlaşmış şəhər olduğu, bu il bu dostluğun 40 yaşı tamam olacağı və bu dostluğun göstəricisi olaraq şəhərdə Lüdviqşafen adlı gözəl bir parkın salındığı səfirin diqqətinə çatdırılıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Mixael Kindsqrab ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb, Almaniya hökumətinin Azərbaycanla dost münasibətlərini daha da inkişaf etdirmək istədiyini, iqtisadiyyata, o cümlədən neft-qaz və kimya sektoruna xüsusi önəm verdiyini qeyd edib, bu əməkdaşlıqların Azərbaycan-Almaniya münasibətlərinin inkişafına yeni töhfə verəcəyinə əminliyini bildirib.

Sumqayıt Kimya Sənaye Parkı, Karbamid zavodu və SOCAR-Polimer MMC haqqında da söhbər aparılan görüşdə Kimya Sənaye Parkında müxtəlif sənaye məhsullarının istehsal olunacağı onlarla kiçik və özəl kimya müəssisələrinin yaradılmasında Almaniyanın şirkət və firmalarının, ayrı-ayrı iş adamlarının öz investisiyaları, mütərəqqi texnologiyaları, müasir avadanlıqları ilə iştirakının arzuedilən olduğu diqqətə çatdırılıb.

Heydər Əliyev güşəsini ziyarət edən qonağa Ulu öndərin memarı olduğu yeni neft strategiyasının bu gün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi haqda ətraflı məlumat verilib, səfiri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR