Sumqayıtda hava

Cəmiyyət

“USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsi başa çatdı

“USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsi başa çatdı

“USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsi başa çatdı

“USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsi başa çatdı

“USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsi başa çatdı

Yanvarın 28-də Sumqayıt şəhərində Prezident yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə "Sumqayıt Tələbələri” İctimai Birliyi tərəfindən "USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsi çərçivəsində "Dəbli biznes” mövzusunda növbəti təlim keçirilib.

Gənc modelyer Aytən Xəlilzadə tərəfindən aparılan təlimdə müasir moda aləminin düşüncə tərzi, rəngarəngliyi və motivləri, yaşam tərzi və iqtisadi vəziyyəti haqıında müzakirələr aparılıb, təlim interaktiv şəraitdə davam etdirilib.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Üç ay müddətində davam etdirilən layihə çərçivəsində "Jurnalistika”, "Fotoqraf”, "Video operator”, "Sosial mühəndislik”, "XXI əsrin peşələri”, "İT mühəndislik” və "Dəbli Biznes” mövzularında ümumilikdə 7 müxtəlif təlim həyata keçirilib.

Layihənin əsas məqsədi ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatın ödənilməsində texniki peşə təhsili müəssisələrinin fəaliyyətini bu vəzifələrin icrasına yönəltmək, peşə təhsilini müasir tələblər baxımından təkmilləşdirmək, müxtəlif sahələr üçün yüksək ixtisaslı kadrlar hazırlamaq, peşə təhsili barədə ictimaiyyəti məlumatlandırmaq, bu istiqamətdə gənclərin bilik və bacarıqlarının artırılması olub.

Təlimlərdə müxtəlif sahələri təmsil edən 210 nəfər gənc iştirak edib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR