Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Dövlət Universitetində Gənclər Günü qeyd edildi

Sumqayıt Dövlət Universitetində Gənclər Günü qeyd edildi

Sumqayıt Dövlət Universitetində Gənclər Günü qeyd edildi

Sumqayıt Dövlət Universitetində Gənclər Günü qeyd edildi

Fevralın 2-də Sumqayıt Dövlət Universitetində Gənclər Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Elm və İnnovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov öncə bütün Azərbaycan gənclərini bu əlamətdar gün münasibətilə təbrik edib, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevralın Gənclər Günü kimi qeyd edilməsindən, gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs edib. O bildirib ki, hələ sovet dövründə Azərbaycan gənclərinin nüfuzlu ali məktəblərdə təhsil alması, uğurlu karyeraya nail olması Ümummilli liderin adı ilə bilavasitə bağlıdır. Bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib.

Çıxış edən tələbələr Gənclər Gününün tarixi və ölkədə aparılan gənclər siyasəti barədə məlumat veriblər. Onlara göstərilən diqqətə görə ölkə rəhbərinə və rektor, professor Elxan Hüseynova minnətdarlıqlarını bildiriblər. Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün Azərbaycan gəncliyinin özünü arxayın, güvənli hiss etdiyi vurğulanıb.

Ölkənin və universitetin ictimai-siyasi həyatında fərqlənən bir qrup gənc tələbə diplom və hədiyyələrlə mükafatlandırılıb.

Bayram tədbiri "Səma” rəqs qrupunun və "Bəyaz” instrumental ansamblının ifasında maraqlı musiqi və rəqs nömrələri ilə davam etdirilib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR