Sumqayıtda hava

İqtisadiyyat

Dünya Bankının yeni nümayəndəsi "Azərikimya" İB-də olub

Dünya Bankının yeni nümayəndəsi "Azərikimya" İB-də olub

Dünya Bankının yeni nümayəndəsi "Azərikimya" İB-də olub

Bu gün "Azərikimya" İB-də Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələrinin Ətraf mühitin və təbii sərvətlərin qorunması üzrə yeni təyin olunmuş nümayəndəsi, xanım Valeri Hikinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev "Azərikimya" İB-də son illərdə həyata keçirilən yenidənqurma, modernizasiya və abadlıq işləri, həmçinin perspektiv layihələr haqqında qonaqlara geniş məlumat verib.Görüşdə həmçinin sənaye zonasında davamlı olaraq həyata keçirilən ekoloji layihələr, Sumqayıt şəhərinin ekoloyi vəziyyəti və ekoloji sağlam mühitin yaradılmasında "Azərikimya"nın rolu, ekoloji maarifləndirmə və digər tədbirlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Xanım Valeri Hiki Dünya Bankının yeni nümayəndəsi olaraq Azərbaycanla tanış olmaq, buradakı tərəfdaşlarla görüşmək, dayanıqlı inkişaf və ətraf mühitin yaxşılaşdırılması sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırmaq məqsədi ilə Bakıya səfər etdiklərini bildirib. O, Dünya Bankının "Azərikimya" İstehsalat Birliyinin seçilmiş ərazilərində də kimyəvi çirklənmələrinin qiymətləndirilməsi və qısa zamanda bərpa tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan layihələrdə iştirak etməkdə maraqlı olduğunu vurğulayıb, bu məqsədlə müraciətlərə müsbət baxılmasına, maliyyə və digər dəstəklərin göstərilməsinə hazır olduqlarını dilə gətirib.

Görüşdə Kimya sənaye Parkında icra olunan layihələrə də toxunulub, bir sıra digər məsələlər ətrafında da müzakirələr aparılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR