Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda futzal üzrə Respublika turnirinə yekun vuruldu

Sumqayıtda futzal üzrə Respublika turnirinə yekun vuruldu

Sumqayıtda futzal üzrə Respublika turnirinə yekun vuruldu

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Futbol Federasiyaları Assosiyasının birgə təşkilatçılığı ilə 1-5 fevral tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində "Tərəqqi” medalçısı, "Azərbaycan Respublikasının Əməkdar Məşqçisi” Telman Həsən oğlu Salahovun 80 illik yubileyinə həsr edilmiş futzal üzrə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında Respublika turniri keçirilib.

Turnirdə Sumqayıtın 5, Bakının 3, Şamaxı, Şabran, Siyəzən, Qusar, Qubadlı şəhər və rayonlarının komandalarının 130 idmançısı qalib adı uğrunda mübarizə aparıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Baş İdarənin nəznində fəaliyyət göstərən İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər İdman Məktəbinin komandası birinci, "Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialı və Bakı şəhərinin "Təhsil” Respublika İdman Mərkəzi İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər Futbol Məktəbinin komandaları müvafiq olaraq ikinci və üçüncü yeri tutublar.

Yarışın qalib və mükafatçıları medal, fəxri fərman, kubok və hədiyyələrlə təltif olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR