Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt samboçuları ölkə çempionatından 21 medalla döndülər

Sumqayıt samboçuları ölkə çempionatından 21 medalla döndülər

1-5 fevral tarixlərində Bakı şəhərində yeniyetmələr, gənclər və kişilər arasında Azərbaycan çempionatı keçirilib. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən "Yenisumqayit.az"a bildirilib ki, yarışda 500-dən çox idmançı qalib adı uğrunda mübarizə aparıb.

Beş gün davam edən və gərgin idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt idmançıları Mirağa Hacıyev (48 kq), Ruslan Paşayev (52 kq) yeniyetmələr, Emin Qulamov (68 kq), Murad Rəcəbli (90 kq) və Nizami Məmmədov isə kişilər arasında hamıdan güclü olduqlarını sübut edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Taleh Hümbətov (56 kq), Rauf Məmmədzadə (65 kq), Ziya Əliyev (65 kq), Orxan Muradzadə (81 kq), Məhəmməd Şərifzadə (52 kq), Şahin Quliyev (81 kq) yeniyetmələr, İlqar Məmmədov (52 kq), Murad Əliyev (57 kq), Ülvü Bayramov (62 kq), Nicat Aslanov (100 kq) gənclər, Vüqar Şirinov (57 kq), Murad Əliyev (57 kq), Əmrah Bayramov (62 kq), Vüqar Babayev (62 kq), Samir Məmmədov (100 kq) və Qurban Məmmədli (+100 kq) isə kişilər arasında üçüncü yerə layiq görülüblər.

Ümumilikdə şəhər idmançıları çempionatdan 21 medal əldə ediblər.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR