Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda güləş çempionatının qalibləri müəyyənləşdi

Sumqayıtda güləş çempionatının qalibləri müəyyənləşdi

2-5 fevral tarixlərində "Alüminiumçu” İdman Evində yunan-roma və sərbəst güləş üzrə 1997-1999-cu il təvəllüdlü gənclər arasında şəhər çempionatı keçirilib.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən "Yenisumqayit.az"a bildirilib ki, maraqlı idman mübarizəsi şəraitində davam edən yarışda yunan-roma güləşi üzrə Azər Muxtarlı (50 kq), Rəşad Abdulov (55 kq), Ağalar Məmmədov (60 kq), Ağamirzə Rəcəbov (66 kq), Elnur Əsədov (74 kq), Amid Cəbiyev (84 kq), Elməddin Əsədov (96 kq), Elxan Quliyev (120 kq), sərbəst güləş üzrə isə Orxan Mirzəyev (50 kq), Fehruz Qasımlı (55 kq), Kənan Ağamalıyev (60 kq), Kənan Həsənzadə (66 kq), Cavid İsayev (74 kq), Cəlal Nağıyev (84 kq), Fərid İsmayılov (96 kq) və Fuad Şahverənov (120 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışların qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı ilə təltif olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR