Sumqayıtda hava

İqtisadiyyat

“SOCAR-UNİPER” MMC-nin Direktorlar Şurasının növbəti yığıncağı keçirilib

“SOCAR-UNİPER” MMC-nin Direktorlar Şurasının növbəti yığıncağı keçirilib

"Azərikimya” İstehsalat Birliyində SOCAR-ın Baş ofisinin və Almaniyanın UNİPER şirkətinin nümayəndələrinin iştirakı ilə "SOCAR-UNİPER” MMC birgə müəssisəsinin Direktorlar Şurasının 4-cü yığıncağı keçirilib.

SOCAR-ın Mətbuat Xidmətinin bilgisinə görə, yığıncaqda Etilen-polietilen zavodunun Buxar-Generator Kompleksinin enerji effektliyinin artırılması məqsədi ilə inşa olunacaq yeni Buxar Turbogenerator qurğusunun tikintisi ilə bağlı birgə müəssisənin apardığı işlər haqqında hesabatı dinlənilib, qarşıda duran məsələlər geniş müzakirə olunub.

Yığıncaq iştirakçıları və Sumqayıtda səfərdə olan Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab Etilen-polietilen zavodunda olublar. Qonaqlara "EP-300” qurğusunda icra olunan modernizasiya işləri, o cümlədən Buxar-Generator Kompleksinin enerji effektliyinin artırılması məqsədi ilə inşa olunacaq yeni Buxar Turbogenerator qurğusunun tikinti işləri ilə bağlı ətraflı məlumat verilib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR