Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda “Mən də bu ünvana gəldim” şeirlər kitabının təqdimatı keçirildi

Sumqayıtda “Mən də bu ünvana gəldim” şeirlər kitabının təqdimatı keçirildi

Sumqayıtda “Mən də bu ünvana gəldim” şeirlər kitabının təqdimatı keçirildi

Sumqayıtda “Mən də bu ünvana gəldim” şeirlər kitabının təqdimatı keçirildi

Sumqayıtda “Mən də bu ünvana gəldim” şeirlər kitabının təqdimatı keçirildi

Fevralın 11-də Sumqayıt şəhərində yerləşən "Azəri” Nəşriyyat-poliqrafiya müəssisəsinin konfrans zalında şairə-publisist Qaratel Azərinin "Mən də bu ünvana gəldim” kitabının təqdimat mərasimi keçirilmişdir.

Müəllifin qələm dostlarının, iş yoldaşlarının, ədəbiyyat və incəsənət nümayəndələrinin, yaxınlarının və əzizlərinin iştirak etdiyi tədbiri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, şair-publisist Rafiq Oday giriş sözü ilə açmış, Qaratel Azərinin həyat və yaradıcılığı haqqında oxuculara geniş məlumat vermişdir.

Tədbirdə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi, şair Əşrəf Veysəlli, respublikanının Əməkdar artisti, tanınmış aktyor və bədii qiraətçi Ağalar Bayramov, Qaratel Azərinin sənət dostları əməkdar artistlər Nizaməddin Bağırov, Növrəstə Həşimova, İlahə Səfərova, qələm dostları Asif Asiman, Firdovsi Cəfərxan, Eldar Xanlaroğlu, Rəfail Laçınlı, gənc yazarlar Polad Sabirli, Sevda Kərimli, Sevinc Qərib, jurnalist Elcan Oruclu və digərləri çıxış edərək Qaratel xanımı yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik etmiş və yeni yaradıcılıq uğurları arzulamışlar.

Qaratel Azərinin qələm dostları Əli Nəcəfxanlı, Namiq Dəlidağlı, Xatirə Fərəcli, Nisə Qədirova, Aygün Hacıyeva, Rahilə Veysəlli, Mədaxil Cavadlı, Nizami Kolanılı, Fərhad Nəhmətoğlu, Xürrəm Qafanlı, Elbrus Qayalı, Ədalət Nicat, Usta Fəxrəddin, Namiq Məmmədli, Natiq İsmayıloğlu rəsmi çıxış etməsələr də, tədbir boyu öz xoş arzularını müəllifə ünvanlamışlar.

Tədbirdə Qaratel Azərinin şeirlərindən nümunələr bədii qiraət olunmuş, tarzən Əli müəllimin müşayiəti ilə xanəndə Məlahət xanım tərəfindən şairənin şeir və qəzəllərindən seçmələr muğam üstündə ifa olunmuşdur.

Qaratel Azəri tədbirin təşkilatçılarına – AJB Sumqayıt şəhər təşkilatına, "Azəri” Nəşriyyat-poliqrafiya müəssisəsinin rəhbərliyinə, həmçinin tədbirdə iştirak edən bütün qələm dostlarına minnətdarlığını ifadə etmiş və yeni şeirlərini oxumuşdur. Sonda xatirə şəkilləri də çəkilmişdir.

 

Gülnarə Şöhrəddinqızı





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR