Sumqayıtda hava

Manşet, Cəmiyyət

Zakir Fərəcov: Ötən il Sumqayıt üçün uğurlu olub

Zakir Fərəcov: Ötən il Sumqayıt üçün uğurlu olub

Zakir Fərəcov: Ötən il Sumqayıt üçün uğurlu olub

Zakir Fərəcov: Ötən il Sumqayıt üçün uğurlu olub

Zakir Fərəcov: Ötən il Sumqayıt üçün uğurlu olub

Sumqayıt şəhərində 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfədar Bağırov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər ictimayyətininin nümayəndələri iştirak edib.

Şəhər İH-nin başçısı Zakir Fərəcov çıxış edərək bildirib ki, hesabat dövründə Sumqayıtda mühüm infrastruktur layihələri həyata keçirilib, bütün tapşırıqlar vaxtnda və keyfiyyətlə icra olunub.

Qeyd olunub ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub, insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldilmiş bir çox infrastruktur layihələr, abadlıq və quruculuq işləri həyata keçirilib, yeni iş yerləri açılıb. Şəhər üzrə ümumdaxili məhsul istehsalı və xidmətlərin həcmi 1 milyard 178 milyon manat təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 148 faiz və ya 382 milyon manat çox məhsul istehsal olunmuş və xidmət göstərilib. Sənaye məhsulunun istehsalı 802,2 milyon manat təşkil edib və ötən illə müqayisədə 183,2 faiz və ya 364,5 milyon manat çox məhsul istehsal olunub.

Vurğulanıb ki, ümumdaxili məhsulun tərkibində qeyri-dövlət sektorunun payı 80 faiz həddini ötüb. Şəhər üzrə bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 350 milyon manat vəsait yönəldilib, artım tempi 146 faiz təşkil edib.

Hesabat məruzəsində qeyd olunub ki, daimi 6149 yeni iş yeri açılıb, bu ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çox olub. Məşğulluq Mərkəzində 11306 nəfər işaxtaran kimi qeydiyyata alınıb və 6149 nəfər işlə təmin edilib.

Prezident İlham Əliyevin hərtərəfli qayğısı sayəsində rüb ərzində Sumqayıtda əsaslı və kompleks yenidənqurma işləri görülüb. Heydər Əliyev və Azərbaycan küçələrində yerləşən, memarlıq baxımından xüsusi əhəmiyyət kəsb edən yaşayış binalarının fasadları və eyvanları yüksək zövqlə üzlənib. Heydər Əliyev Mərkəzi, Şahmat və Musiqi Məktəbi, Sumqayıt Dövlət Musiqili Dram Teatrı istifadəyə verilib. Ulu öndərin adını daşıyan parkda yenidən qurma işləri aparılıb, ərazisi 8 hektardan 10 hektara çatıb. Parkda 200-dən çox müasir işıq dirəyi, oturacaqlar quraşdırılıb, ağac və gül kolları əkilib, Bayraq Meydanı tikilib. Hesabat dövründə şəhərdə yol nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində kompleks tədbirlər davam etdirilib. Sülh küçəsi boyunca "Göyərçin” abidəsinə doğru ümumi uzunluğu 4,2 kilometr olan ikitərəfli yol və Corat qəsəbəsindən Novxanı istiqamətində uzunluğu 7,5 km olan Sahil küçəsində də yenidənqurma işləri yekunlaşıb, hər iki yolun ətrafı abadlaşdırılıb.

Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıtın yeni Dənizkənarı Bulvarı sakinlərin istifadəsinə verilib. Şəhərdə istismar müddətini ötmüş 200 ədəd qəzalı vəziyyətdə olan lift və 350 ədəd yaşayış binasının dam örtüyü dəyişdirilib.

Hesabat yığıncağında təhsil, səhiyyə, sənaye sahələrindəki vəziyyət ətraflı təhlil edilib. Məruzə və çıxışlarda qazanılmış uğurlardan, həyata keçirilən layihələrdən ətraflı söhbət açılıb, işdə yol verilən nöqsanlar təhlil edilib, mövcud problemlərlə bağlı təkliflər səsləndirilib.

Sonda Azərbaycan Respublikası Prezidentinə ümumşəhər yığıncağı iştirakçıları adından müraciət qəbul olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR