Sumqayıtda hava

Cəmiyyət

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi fevralın 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirib.

Regional Mərkəzdən "Yenisumqayit.az"a bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd müəssisədə çalışan əməkdaşların fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin əməkdaşları iştirak edib.

Seminar-müşavirədə "Fövqəladə halların təsnifatı”, "Zəlzələ zamanı necə davranmalı”, "Sel və daşqın zamanı nə etməli”, "Məişətdə yanğın zamanı davranış qaydaları”, "Odsöndürən balonlardan istifadə”, "Meşədə yanğın təhlükəsizliyi qaydaları”, "Dəm qazı” və "112 qaynar xətti” mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilib.

Sonda mövzulara dair suallar cavablandırılıb və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR