Sumqayıtda hava

İqtisadiyyat

Almaniyanın Bakıdakı Səfiri Sumqayıtda olub

Almaniyanın Bakıdakı Səfiri Sumqayıtda olub

Almaniya Federativ Respublikasının Bakıdakı Səfiri Mixael Kindsqrab BASF Caspian şirkətini ziyarət edib.

Səfir Mixael Kindsqrab Sumqayıta səfəri çərçivəsində 8 fevral tarixində BASF Caspian MMC şirkətinin Sumqayıt şəhərində yerləşən zavodun istehsal imkanları və şirkətin Azərbaycandakı fəaliyyəti ilə tanış olmaq üçün müəssisəyə gəlib. BASF Caspian şirkətinin Baş direktoru Serkan Selçuk şirkət haqqında qısa təqdimat keçirdi. Şirkətin istehsal etdiyi məhsullardan və Azərbaycandakı fəaliyyətindən məlumat verərək gələcək planlardan bəhs etdi. O dedi ki, «2017-ci ildən etibarən BASF konserni Azərbaycanda inşaat kimya məhsullarının istehsalı ilə yanaşı digər sahələrdə xüsusilə kənd təsərrüfatı kimyası, neft kimyası, məişət kimyası və ölkədə ehtiyac duyulan bir çox kimya məhsullarının satışını reallaşdırmağı nəzərdə tutub. Bundan ötrü investisiya imkanlanlarını nəzərdən keçirirərək uzun iş təcrübəsinə əsaslanaraq Azərbaycan Respublikasına öz tövhəsini vermək niyyətindədir».

Səfir, görüşün ikinci hissəsində müasir avadanlıqlarla təhciz olunmuş istehsalat sahəsinə və həmçinin bu avadanlıqlar vasitəsilə istehsal edilən hazır məhsullara baxış keçirərək zavodun cari istehsal vəziyyətini və potensial imkanlarını yüksək dəyərləndirmişdir. O, qeyd etdi ki, «Azərbaycan makroiqtisadi inkaşaf mərhələsindədir, ilk etaplarda ölkəyə qoyulan investisayalar tez bir zamanda da olmasa, davamlı şəkildə artan sürətlə yaxın gələcəkdə öz bəhrəsini verə bilər və biz Almaniya Səfirliyi olaraq iş birliiyi ilə məşqul olan alman mənşəli şirkətlərə dəstək veririk».





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR