Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt cüdoçuları Ölkə birinciliyindən 26 medal əldə ediblər - FOTO

Sumqayıt cüdoçuları Ölkə birinciliyindən 26 medal əldə ediblər - FOTO

Sumqayıt cüdoçuları Ölkə birinciliyindən 26 medal əldə ediblər - FOTO

Sumqayıt cüdoçuları Ölkə birinciliyindən 26 medal əldə ediblər - FOTO

Sumqayıt cüdoçuları Ölkə birinciliyindən 26 medal əldə ediblər - FOTO

Sumqayıt cüdoçuları Ölkə birinciliyindən 26 medal əldə ediblər - FOTO

13-18 fevral tarixlərində Bakı şəhərində 2003-2005-ci il təvəllüdlü kiçik yaşlı yeniyetmələr və gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib. Birincilikdə yeniyetmələr arasında 71 klubdan 500-ə yaxın, gənclərin yarışında isə 44 komandadan 263 cüdoçu mübarizə aparıb. Beş gün davam edən və gərgin idman mübarizəsi şəraitində keçən ölkə birinciliyində Sumqayıt şəhər idmançıları da uğurla iştirak ediblər. Şəhər Gənclər və İdman Baş İdarəsindən "Yenisumqayit.az"a bildirilib ki, yeniyetmələr arasında Eltac Yusifli (-34 kq), Səxavət Hacıyev (-38 kq), İbrahim Nəzərov (-50 kq), Aynur Məmmədova (-40 kq), Səbinə Əliyeva (-44 kq), Rita Əliyeva (-48 kq) və Ayişə Əhmədova güclü olduqlarını sübut edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Tamerlan Kərimov (-55 kq), Abdulla Abdullazadə (-73 kq), Nigar Şahməmmədova (-36 kq), Günay Hüseynli (-40 kq), Elnarə Rəşidova ikinci, Xudabaxış Əliyev (-42 kq), Ömər Rəcəbli (-46 kq), Sədi İsmayılzadə (-60 kq), Elşən Əlizadə (-66 kq), Atababa Niftəliyev (-73 kq) və Şirin Məmmədova isə üçüncü yerə layiq görülüblər.

Gənclər arasında keçirilən yarışda isə Rövşən Əliyev (-55 kq), Şahnaz Əsgərova (44 kq), Gültac Məmmədəliyeva (-52 kq), Mehriban İmanzadə (-78 kq) qızıl medal, İsmayıl İbrahimov (66 kq), Əfsanə Rəsulova (44 kq), Fidan Tanrıverdiyeva (-70 kq), gümüş, Namiq Abbasov (60 kq), Xədicə Rəşidova (63 kq) isə bürünc medala sahib olublar. Ümumilikdə Ölkə birinciliyindən şəhər idmançıları 26 medal əldə ediblər.

Kiçik yaşlı yeniyetmələrin yarışında "Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt Filialı 71 komandanın iştirak etdiyi ölkə birinciliyində ümumi komanda hesabında I yerə layiq görülərək Azərbaycan Cüdo Federasiyası tərəfindən kubok və fəxri fərmanla təltif olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR