Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda gənclər təşkilatları hesabat verdi

Sumqayıtda gənclər təşkilatları hesabat verdi

Sumqayıtda gənclər təşkilatları hesabat verdi

Sumqayıtda gənclər təşkilatları hesabat verdi

Sumqayıt şəhər Gənclər Evində şəhərin müxtəlif sahələrində fəaliyyət göstərən gənclər təşkilatları ilə 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə dair görüş keçirilib. Bu barədə "Yenisumqayit.az"a Gənclər və İdman Baş İdarəsindən bildirilib. Görüşdə təşkilatların fəal üzvləri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov əsası Ümummilli Lider Heydər Əiyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin şəhərimizdə də uğurla həyata keçirildiyini, İcra hakimiyyəti başçısının diqqət və qayğısı nəticəsində gənclərimizin şəhərin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının təmin olunduğunu qeyd edib, "2015-2025-ci illərdə Azərbaycan Gəncliyinin İnkişaf Strategiyası”na uyğun olaraq hər il olduğu kimi cari ildə də Baş İdarə tərəfindən gənclərin dinamik inkişafı məqsədilə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı haqqında ətraflı məlumat verib. C.Hüseynov şəhərdə gənclərin təşkilatlanması üçün zəruri imkanların yaradıldığı, mövcud təşkilatların ümumi maraqlar əsasında birləşməsi, könüllülük prinsipi əsasında əlaqlərin möhkəmləndirilməsi, tələbələrin ictimai həyatda fəallığının artırılması, problemlərinin operativ həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökümət təşkilatlarla qarşılıqlı şəkildə fəaliyyətin gücləndirildiyini bildirib.

Görüşdə gənclər təşkilatlarının nümayəndələri hesabat xarakterli çıxışlar edərək, təşkilatın fəaliyyəti, həyata keçirilmiş tədbirlər, maraq sahələrinə uyğun yaradılmış departament, klublar, təkliflərin öyrənilməsi məqsədi ilə keçirilən görüşlər, yeni təşəbbüslər haqqında məlumatlar verib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR