Sumqayıtda hava

Elan

Çin Xalq Respublikasında TƏQAÜDLÜ ALİ TƏHSİL - ŞƏRTLƏR

Çin Xalq Respublikasında TƏQAÜDLÜ ALİ TƏHSİL - ŞƏRTLƏR

Ümumi məlumat və qəbul qaydaları

Təqaüd proqramı Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş 10.12.2015-ci il tarixli "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır. Hökumətlərarası müqavilə çərçivəsində indiyədək 107 nəfər Azərbaycan Respublikası vətəndaşı ÇXR-ın yüksək reytinqli ali təhsil müəssisələrində müxtəlif təhsil səviyyələri və ixtisasları üzrə təhsil almaq hüququ qazanmışdır.
Universitetlərdə tədris çin dilində olduğuna görə təqaüd proqramı çərçivəsində təhsil almaq hüququ qazanacaq tələbələr bir və ya iki il müddətində çin dili üzrə hazırlıq kursu keçməlidirlər.
Proqramda iştirak edən universitetlərin siyahısı ilə aşağıdakı keçidlərdən tanış ola bilərsiniz:
www.csc.edu.cn/studyinchina
www.campuschina.org
www.csc.edu.cn/laihua/universityen.aspx
www.campuschina.org/universityen.aspx
İxtisas seçimi üzrə məhdudiyyət tətbiq edilmədiyinə görə təhsil almaq istədiyiniz ixtisasın müəyyən edilməsi məqsədilə müsabiqədə iştirak edən universitetlərin internet səhifələrində müvafiq məlumatlarla tanış olmağınız xahiş olunur.
Nəzərinizə çatdırırıq ki, təhsil müddəti ixtisasdan asılı olaraq bakalavriat səviyyəsi üzrə 4-5 il, magistratura səviyyəsi üzrə 2-3 il və doktorantura səviyyəsi üzrə 3-4 il arasında dəyişir.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarından 10 mart 2017-ci il tarixi saat 18:00-dək tələb olunan bütün sənədlərin surətini (skan pdf formatında) elektron poçtla china.admissions@edu.gov.az ünvanına göndərmələri xahiş olunur. Tələb olunan sənədləri göndərən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.
Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədlərə elektron poçt vasitəsilə bildiriləcəkdir. Hər bir namizədlə keçiriləcək müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə audio-video çəkiliş aparılır. Seçim nəticələrinə dair apelyasiya hüququ yoxdur. Elektron poçtla göndərilən sənədlərin əslini mütləq qaydada müsahibə zamanı əlaqədar şəxsə təqdim etməyiniz xahiş olunur.
Maliyyələşmə Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir:
Çin tərəfindən:
 Ali məktəbdə qeydiyyat xərci
 Təhsil haqqı
 Laboratoriya xərci
 Təcrübə (internship) xərci
 Tədris materialları
 Yataqxana xərci
 Aylıq yaşayış xərci
Təqaüd Proqramına daxil olan xərclər (hər tədris ili üzrə) təhsil səviyyələrinə və ixtisaslara uyğun olaraq aşağıdakı kimi hesablanmışdır:
 Bakalavriat tələbələri üçün: 59200-66200 Yuan arası
 Magistratura tələbələri üçün: 70200-79200 Yuan arası
 Doktorantura tələbələri üçün: 87800-99800 Yuan arası
Təhsil Nazirliyi tərəfindən:
 Aviabilet (hər tədris ilində yalnız bir dəfə - gediş-gəliş bileti)
Tələb olunan sənədlər
Bakalavriat səviyyəsi üçün
1. Anket forması http://www.edu.gov.az/upload/file/ELAN/2017/02-Fevral/ankret_chin.doc
Qeyd: Müsahibə zamanı təqdim ediləcək sənədlərə 6 ədəd rəngli fotoşəkil (3,5x4,5 sm. ölçüdə) əlavə edilməlidir.
2. Ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında sənədin (mövcud olmadığı halda təhsil aldığınız məktəb tərəfindən müvafiq sənədlər əvəzinə verilmiş arayış) ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti;
3. Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil haqqında arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son transkript/fənlər üzrə akademik göstəricilər (azərbaycan və ingilis dilində);
4. Təhsil alacağınız ixtisasla bağlı məqsəd və gözləntiləriniz barədə minimum 500 sözdən ibarət qısa xülasə (ingilis dilində). Mövzu seçimi ilə əlaqədar heç bir məhdudiyyət müəyyən olunmamışdır;
5. Musiqi ixtisası üzrə qəbul olmaq istəyənlərin öz işləri ilə bağlı CD, incəsənətlə bağlı müraciət edənlər iki eskiz, iki rəngli şəkil və ya başqa işlərinin əlavə olunduğu CD;
6. Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);
7. HSK Sertifikatı (mövcud olduğu halda);
8. CV və ya tərcümeyi-hal (azərbaycan və ya ingilis dilində);
9. Şəxsiyyət vəsiqəsinin surəti;
10. Ümumvətəndaş pasportunun surəti.
Qeyd: 18 yaşdan aşağı olan ərizəçilər üçün Çindən qəyyumluq haqqında sənəd əldə olunmalıdır.
Qeyd: "Çin hökuməti təqaüdləri çərçivəsində Çində təhsil proqramı 2017” qaydalarına əsasən bakalavriat səviyyəsi üzrə müraciət edənlər üçün yaş məhdudiyyəti müvafiq olaraq 25 yaş müəyyən edilmişdir.
Magistratura səviyyəsi üçün:
1. Anket forması http://www.edu.gov.az/upload/file/ELAN/2017/02-Fevral/ankret_chin.doc
Qeyd: Müsahibə zamanı təqdim ediləcək sənədlərə 6 ədəd rəngli fotoşəkil (3,5x4,5 sm. ölçüdə) əlavə edilməlidir.
2. Ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında sənədin notariat qaydada təsdiq edilmiş surəti;
3. Ali təhsil haqqında sənəd (bakalavriat səviyyəsindən məzun olanlar üçün) və diploma əlavənin azərbaycan (xarici ölkənin diplomu olduğu təqdirdə) və ingilis dillərində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti;
Qeyd: namizəd bakalavr diplomunu xarici təhsil müəssisəsinin məzunu olaraq almışdırsa, həmin ali təhsil sənədin Azərbaycan Respublikası ərazisində tanınması/nostrifikasiyasına dair sənədin surəti;
4. Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil haqqında arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son transkript/fənlər üzrə akademik göstəricilər (azərbaycan və ingilis dilində);
5. Təhsil alacağınız ixtisasla bağlı məqsəd və gözləntiləriniz və ya tədqiq edəcəyiniz mövzu barədə minimum 800 sözdən ibarət qısa xülasə (ingilis dilində). Mövzu seçimi ilə əlaqədar heç bir məhdudiyyət müəyyən olunmamışdır;
6. Musiqi ixtisası üzrə qəbul olmaq istəyənlərin öz işləri ilə bağlı CD, incəsənətlə bağlı müraciət edənlər iki eskiz, iki rəngli şəkil və ya başqa işlərinin əlavə olunduğu CD;
7. Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);
8. HSK Sertifikatı (mövcud olduğu halda);
9. CV və ya tərcümeyi-hal (azərbaycan və ya ingilis dilində);
10. Şəxsiyyət vəsiqəsinin surəti;
11. Ümumvətəndaş pasportunun surəti;
12. Namizədin əvvəlki və ya hazırki elmi rəhbəri (müəllimi) tərəfindən verilmiş iki ədəd tövsiyə məktubu (ingilis dilində).
Qeyd: "Çin hökuməti təqaüdləri çərçivəsində Çində təhsil proqramı 2017” qaydalarına əsasən magistratura səviyyəsi üzrə müraciət edənlər üçün yaş məhdudiyyəti müvafiq olaraq 35 yaş müəyyən edilmişdir.
Doktorantura səviyyəsi üzrə:
1. Anket forması http://www.edu.gov.az/upload/file/ELAN/2017/02-Fevral/ankret_chin.doc
Qeyd: Müsahibə zamanı təqdim ediləcək sənədlərə 6 ədəd rəngli fotoşəkil (3,5x4,5 sm. ölçüdə) əlavə edilməlidir.
2. Ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında sənədin notariat qaydada təsdiq edilmiş surəti;
3. Ali təhsil haqqında sənəd (bakalavriat və magistratura səviyyəsindən məzun olanlar üçün) və diploma əlavənin Azərbaycan (xarici ölkənin diplomu olduğu təqdirdə) və ingilis dillərində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti;
Qeyd: namizəd bakalavr və ya magisrt diplomunu xarici təhsil müəssisəsinin məzunu olaraq almışdırsa, həmin ali təhsil sənədin Azərbaycan Respublikası ərazisində tanınması/nostrifikasiyasına dair sənədin surəti;
4. Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil haqqında arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son transkript/fənlər üzrə akademik göstəricilər (azərbaycan və ingilis dilində);
5. Təhsil alacağınız ixtisasla bağlı məqsəd və gözləntiləriniz və ya tədqiq edəcəyiniz mövzu barədə minimum 800 sözdən ibarət qısa xülasə (ingilis dilində). Mövzu seçimi ilə əlaqədar heç bir məhdudiyyət müəyyən olunmamışdır;
6. Musiqi ixtisası üzrə qəbul olmaq istəyənlərin öz işləri ilə bağlı CD, incəsənətlə bağlı müraciət edənlər iki eskiz, iki rəngli şəkil və ya başqa işlərinin əlavə olunduğu CD;
7. Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);
8. HSK Sertifikatı (mövcud olduğu halda);
9. CV və ya tərcümeyi-hal (azərbaycan və ya ingilis dilində);
10. Şəxsiyyət vəsiqəsinin surəti;
11. Ümumvətəndaş pasportunun surəti;
12. Namizədin əvvəlki və ya hazırki elmi rəhbəri (müəllimi) tərəfindən verilmiş iki ədəd tövsiyə məktubu (ingilis dilində).
Qeyd: "Çin hökuməti təqaüdləri çərçivəsində Çində təhsil proqramı 2017” qaydalarına əsasən doktorantura səviyyəsi üzrə müraciət edənlər üçün yaş məhdudiyyəti müvafiq olaraq 40 yaş müəyyən edilmişdir.
Qeyd: Eyni təhsil səviyyəsi üzrə ikinci dəfə təhsil almaq istəyən namizədlər hərbi xidmətə çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi biletin notariat qaydada təsdiq olunmuş surətini təqdim etməlidirlər.
Təhsil Nazirliyi ilə əlaqə
Təqaüd proqramı ilə bağlı suallarınızı china.admissions@edu.gov.az elektron poçtuna və ya aidiyyəti əməkdaşa (0125991155, daxili: 5198) iş günləri saat 16:00-18:00 aralığında ünvanlaya bilərsiniz.
Tez-tez verilən suallar barədə keçiddən tanış olmağınız xahiş olunur.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR