Sumqayıtda hava

Dünya

Almaniyada “20 Yanvar” faciəsi anılıb

Almaniyada “20 Yanvar” faciəsi anılıb


Yanvarın 18-də Almaniyanın Türingiya vilayətində “20 Yanvar” faciəsini anım tədbiri keçirilib.

Tədbir “Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası” (“Thuringen Azerbaijani Students Association”) tərəfindən Yena şəhərində təşkil olunub.

Öncə “20 Yanvar” şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə iştirak edən azərbaycanlı tələbələr “20 Yanvar” faciəsinin Azərbaycan tarixində tutduğu yeri müzakirə etmiş, bu mövzuda müxtəlif fikirlər səsləndirilmişdir. Eyni zamanda, tədbir iştirakçıları faciə ilə bağlı bilgi və xatirələrini paylaşmışlar.

Almaniyada təhsil alan azərbaycanlı tələbələrin səsləndirdikləri əsas fikir bundan ibarət oldu ki, əslində şəhidlərimiz göstərdikləri şücaətlə tariximizdə yeni bir qəhrəmanlıq səhifəsi yazıblar. Odur ki, xaricdə təhsil alan və yaşayan azərbaycanlılar olaraq, "Hər il bir araya gələrək “20 Yanvar” şəhidlərinin əziz xatirəsini anmaq bizim mənəvi borcumuzdur", - deyə tədbir iştirakçıları qeyd etmişlər.

Almaniyada “20 Yanvar” faciəsi anılıb





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR