Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda “Xocalı Soyqırımı”nın 25-ci ildönümünə həsr edilmiş tədbir keçirildi

Sumqayıtda “Xocalı Soyqırımı”nın 25-ci ildönümünə həsr edilmiş tədbir keçirildi

Sumqayıtda “Xocalı Soyqırımı”nın 25-ci ildönümünə həsr edilmiş tədbir keçirildi

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, şəhər Təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən Gənc Müəllimlər Şurası və Heydər Əliyev Mərkəzi ilə birgə fevralın 23-də Mərkəzdə şəhərin müxtəlif sahələrini təmsil edən gənclər təşkilatları, ictiami fəal gənclər, gənc müəllimlər, tələbə və şagirdlərin iştirakı ilə "Xocalı Soyqırımı”nın 25-ci il dönümünə həsr edilmiş tədbir keçirib.

Tədbir iştirakçıları öncə Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət "Xocalıya Ədalət” adlı sərgi ilə tanış olmuş, Xocalı faciəsini, ermənlərin törətdiyi insanlığa sığmayan cinayətləri əks etdirən əl işlərindən ibarət sərgidə fərqlənmiş üç əsərin müəllifinə Baş İdarənin xatirə hədiyyələri təqdim edilib.

Mərkəzin dəyirmi masa zalında davam edən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Daha sonra iştirakçılara erməni silahlı dəstələrinin Xocalıda törətdikləri soyqırımı əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, Gənc Müəllimlər Şurasının sədri Aygün Rəhimova, Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlı, Gənclər Evinin əlaqələndiricisi Pəri Vəliyeva dövlətimizin Xocalı Soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü məqsədyönlü işlərdən, Heydər Əliyev Fondunun başlatdığı təbliğat kompaniyasından, şəhər rəhbərliyinin tapşırığı ilə soyqırımın iyirmi beşinci ildönümü ilə bağlı keçiriləcək tədbirlər planınından, ermənilərin işğalçı siyasətindən, müxtəlif illərdə xalqımıza qarşı törədilən vəhşiliklərdən və bu kimi faciələrə dünya ictimaiyyətinin biganəliyindən danışıblar.

Hadisələrin canlı şahidi olmuş Xocalı sakinləri Cavid Ələkbərov və Əli Əyyubov çıxışlarında həmin günün dəhşətli anlarından, ermənilərin insanları vəhşiliklə öldürməsindən, işgəncə faktlarından danışaraq gənclərimizi tariximizdə yaşananları diqqətlə öyrənməyə, onlardan ibrət almağa və nəticə çıxarmağa, hadisələri dünya ictimaiyyətinə təbliğ etməyə dəvət edib.

Sonda iştirakçılara Baş İdarənin "Xocalı Faciəsi” adlı maarifləndirici xarakterli bukletləri paylanılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR