Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtın Tarixi muzeyində Xocalı soyqırımının qurbanları anılıb

Sumqayıtın Tarixi muzeyində Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş "Geriyə bax” adlı tədbir keçirilib.

"Azərikimya" İstehsalat Birliyinin əməkdaşları da tədbirdə iştirak ediblər. Öncə kimyaçılar Xocalı faciəsini özündə əks etdirən rəsm əsərlərindən, kitablardan, qəzet və jurnallardan ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, "Hədəf” təlim kurslarının yetirmələri və 26 saylı tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olunub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən qanlı hadisələri və statistik məlumatları özündə əks etdirən "Xocalı soyqırımını unutmayaq” adlı slayd tədbir iştirakçılarının diqqətinə çatdırılıb, Soyqırımın canlı şahidinin o günlə bağlı danışdıqları hamının damarında qanını dondurub.

Tədbirin sonunda Sumqayıtın Tarixi Muzeyinə, "Azərikimya” İB-yə və Şəhər Bələdiyyəsinə "Hədər nəşrləri” seriyasından çap olunmuş, Xocalı soyqırımı hadisələrini özündə əks etdirən "Ümidlərin izi ilə” kitabı təqdim olunub.

"Yenisumqayit.az"

Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR