Sumqayıtda hava

Manşet, Cəmiyyət

Güllə atıcılığı üzrə Sumqayıt çempionatına yekun vuruldu

Güllə atıcılığı üzrə Sumqayıt çempionatına yekun vuruldu

Fevralın 24-də Paralimpiya İdman Kompleksində pnevmatik silahdan güllə atıcılığı üzrə Sumqayıt çempionatı keçirilib.

Çempionatda şəhərin ali, orta ixtisas məktəbləri və peşə liseyləri olmaqla ümumilikdə 7 komanda qalib adı uğrunda mübarizə aparıb. Hər komandanın tərkibi 4 oğlan, 1 qızdan ibarət olub.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt Musiqi Kollecinin komandası 121 xalla birinci, Sumqayıt Dövlət Universitetinin komandası 100 xalla ikinci və 3 nömrəli Sumqayıt Peşə Liseyinin komandası 91 xalla üçüncü yerləri tutub.

Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və kuboku ilə təltif olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR