Sumqayıtda hava

Elan

Mükəmməl pedaqoq layihəsi SUMQAYITDA

Mükəmməl pedaqoq layihəsi SUMQAYITDA

YUVAM və CIBS təşkilatçılığı ilə mükəmməl bir layihə ilk dəfə Sumqayıtda.

Əziz müəllimlər, müəllim olmaq istəyənlər, psixoloqlar, tələbələr və müxtəlif təhsil-tədris ocaqlarında çalışan dəyərli müəllimlər, Sizlər üçün yepyeni və çox dəyərli bir təlimi Sumqayıta gətirdik .

"Mükəmməl Pedaqoq " layihəsi üçün Bakıya getməyinizə gərək yoxdur artıq. Buyurun qeydiyyatdan keçin, mükəmməl bir təlimçidən mükəmməl bir təlim keçin və sonda əldə etdiyiniz biliklərlə və sertifikatınızla karyeranızı daha da sağlam addımlarla irəlilədin!
QEYDİYYATA TƏLƏSİN! YERLƏR MƏHDUDDUR!

Bu proqram ilk dəfə olaraq CIBS təlim mərkəzi tərəfindən Azərbaycana gətirilib. Proqram yüksək səviyyədə və peşəkar şəkildə hazırlanmışdır. Proqramın tərtibində qabaqcıl psixoloji metod və biliklərdən istifadə olunub.
Bu proqram imkan verir ki, müəllimlər məktəblilərin psixoloji durumunu, onların xarakterini , fərdi xüsusiyyətlərini dəqiq və operativ öyrənsinlər, məktəblilərlə daha effektiv ünsiyyət qura bilsinlər və problemlərə yerindəcə müdaxilə edib nəticə ala bilsinlər.

Proqrama daxildir :
1. Şəxsiyyətin xarakteristikası.
2. Verbal təsir üsulları.
3. Bədən quruluşuna görə xarakteristika.
4. Emosiyanın idarə olunması.
5. Praktika
6. Aqressiv uşaqların psixoloji xüsusiyyəti.
7. Həyacanlı uşaqların psixoloji xüsusiyyətləri.
10. Məzmunda analiz
11. Təmsil sistemləri

TƏLİMÇİ:

TƏBRİZ HACIYEV
CIBS (Caspian International Business Services) təlim mərkəzinin təsisçisi,"Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın Mütəxəssis profayleri, Biznes təlimçi, Yalan üzrə ekspert, Azərbaycanda ilk dəfə olaraq Operativ Psixodiaqnostika və FACS (facial action coding system) üz əzələlərinin kodlaşdırılması sistemi layihələrinin rəhbəri. Gilan Holding, ASB (Azərbaycan Sənaye Bankı), CSS (Caspian Support Solutions), Bakı Sığorta, Bank Respublika, AZBENTONİT, MBASK sığorta kimi onlarla böyük şirkətlərə və ya onların nümayəndələrinə habelə FHN (Fövqaladə Hallar Nazirliyi), DİN (Daxili İşlər Nazirliyi), eləcə də digər müxtəlif güc strukturlarında və ya onların ayrı-ayrı nümayəndələrinə yüzlərlə təlim və seminarlar vermişdir. Eyni zamanda "60 saniyədə insan tanıma sənəti" kitabının müəllifidir.

Qeyidyyat linki:http://bit.ly/2lgZD7U

Təlimin başlanma tarixi: 25 mart 2017-ci il
Saat 10:00 – 16:00
Fasilə vaxtı: 13:00-14:00

QEYDİYYAT ÜNVANI: Sumqayıt şəhəri, 9-cu mik. Sumqayıt Şəhər Məhkəməsinin arxası , "YUVAM"

ƏLAQƏ: 077 498 02 21





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR