Sumqayıtda hava

Cəmiyyət

Vurğun Hüseynov Premyer Liqada 250-ci oyununu keçirib

Vurğun Hüseynov Premyer Liqada 250-ci oyununu keçirib

Vurğun Hüseynov Premyer Liqada 250-ci oyununu keçirib.

"Sumqayıt” Futbol Klubunun kapitanı Vurğun Hüseynov Topaz Premyer Liqasının XX turunda yubiley qeyd edib. Müdafiəçimiz ölkə çempionatının yüksək dəstəsində 250-ci matçını keçirib. Bu müddətdə 7 qol vuran futbolçunun yubileyi "Zirə”ylə səfər matçında 0:1 hesablı məğlubiyyətlə nəticələnib.

Debütü 2005/06 mövsümünə təsadüf edən Hüseynov 12 çempionat ərzində cəmi 3 klubun formasını geyinib. İlk komandası olan "Turan”da 82 oyunda 3 qol vuran müdafiəçi "Qəbələ”də 65 matçda 4 dəfə fərqlənib. İndiki klubunda 103 dəfə meydana çıxan kapitan qol hesabını açmayıb.

Qeyd edək ki, Hüseynov Premyer Liqada 250 və daha çox oyun keçirən 53-cü futbolçu olub. Ötən tur onun komanda yoldaşı Fərhad Vəliyev 250-yə çatmışdı.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR