Sumqayıtda hava

Manşet, Cəmiyyət

Azərikimya İB və Sumqayıt Dövlət Universiteti arasında memorandum imzalanıb

Azərikimya İB və Sumqayıt Dövlət Universiteti arasında memorandum imzalanıb

Azərikimya İB və Sumqayıt Dövlət Universiteti arasında memorandum imzalanıb

Azərikimya İB və Sumqayıt Dövlət Universiteti arasında memorandum imzalanıb

Dünən Sumqayıt Dövlət Universitetində kimya sənayesi müəssisələrinin rəhbərləri - "Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev başda olmaqla "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov, "SOCAR-Polymer” MMC-nin Maliyyə direktoru Fuad Əhmədov, Karbamid zavodunun direktoru Xəyal Cəfərov, Etilen-polietilen zavodunun direktoru Oqtay Niftəliyev və bu müəssisələrin məsul şəxslərinin iştirakı ilə Universitetin tələbələri və pedaqoji kollektivi ilə görüş-müzakirə keçirilib. Bu barədə "Yenisumqayit.az"a Azərikimya İB-dən bilgi verilib.

Tədbiri giriş sözü ilə SDU-nin rektoru, dosent Elxan Hüseynov açaraq ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatların dövlətimizin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biri olduğunu vurğulayıb, son dövrlərdə universitetdə görülən işlər haqqında məlumat verib, görüşün məqsəd və məramından danışaraq, bu qəbildən olan tədbirlərin tələbələr üçün müstəsna əhəmiyyətini dilə gətirib.

Tədbirin təşəbbüskarı və təşkilatçısı, "Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev görüş iştirakçılarına "Azərikimya” İB və Sumqayıtda tikilməkdə olan kimya və neft-kimya müəssisələri haqqında məlumat verib, bu müəssisələrin rəhbərlərini tədbir iştirakçılarına təqdim edib. M.Babayev qeyd edib ki, görüşün əsas məqsədlərindən biri şəhərimizin yeganə ali təhsil müəssisəsi olan SDU ilə bu müəssisələrin qarşılıqlı faydalı əməkdaşlığının miqyasını genişləndirmək, nəticə etibarilə kimya və kimya mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələr arasından seçim yolu ilə bu müəssisələr üçün gələcəyin kimyaçı mühəndislərini yetişdirməkdir. Bu gün həm "Azərikimya”nın, həm də bu qəbildən olan digər müəssisələrin ixtisaslı və yüksək biliyə malik mühəndislərə çox böyük ehtiyacı var.

"Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbovun, "SOCAR-Polymer” MMC-nin Maliyyə direktoru Fuad Əhmədovun, "Etilen-polietilen” zavodunun direktoru Oqtay Niftəliyevin və Karbamid zavodunun direktoru Xəyal Cəfərovun, rəhbərlik etdikləri müəssisələr haqqında geniş təqdimatları dinlənilib, tələbələr və pedaqoji kollektiv Sumqayıt, o cümlədən Azərbaycan Kimya Sənayeasi üçün mühüm əhəmiyyət kəsb edən bu müəssisələrdə görülən işlər və həyata keçirilən layihələr haqqında geniş məlumatlandırılıb.

Sonra tələbələrin SOCAR-ın idarə və müəssisələrində kadrlarla iş, karyera yüksəlişi, xaricdə təhsil proqramı, həyata keçirilən yeni layihələr, ali təhsil ocaqları ilə müəssisələr arasında elmi əməkdaşlığın imkanları, həmçinin strateji yol xəritəsi, "Cənub Qaz Dəhlizi”, dünya bazarında neftin qiymətlərinin enməsinin respublikamıza təsiri və digər çoxsaylı sualları mütəxəssislər tərəfindən cavablandırılıb, eyni zamanda qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı təklifləri dinlənilib.

Sonda Azərikimya İB və Sumqayıt Dövlət Universiteti arasında daha geniş qarşılıqlı faydalı əməkdaşlıq şərtlərini özündə ehtiva edən memorandum imzalanıb.

Tələbələr və SDU-nun rəhbərliyi tədbirin təşəbbüskarlarına dərin minnətdarlıqlarını ifadə ediblər.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR