Sumqayıtda hava

Manşet, Cəmiyyət

FHN-in Sumqayıt Regional Mərkəzi "Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş tədbir keçirdi

FHN-in Sumqayıt Regional Mərkəzi "Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş tədbir keçirdi

FHN-in Sumqayıt Regional Mərkəzi "Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş tədbir keçirdi

Martın 1-də Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetində "1 mart - Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş "Gənclərin fövqəladə hallara hazır olması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında rolu” mövzusunda tədbir keçirilib. Bu barədə "Yenisumqayit.az"a Mərkəzdən bilgi verilib.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Sumqayıt şəhər Polis İdarəsinin Post-Patrul Xidmətinin, Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasının, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin, universitetin müəllim və tələbə heyəti iştirak edib.

Tədbirin nəzəri hissəsində "Mülki Müdafiənin yaranma tarixi”, "Fövqəladə hadisələr zamanı QAC Sumqayıt şəhər bölməsinin mobil dəstə üzvlərinin rolu”, "Əhalinin mühafizəyə hazır olmasında beynəlxalq təcrübənin öyrənilməsi” və "Gənclərin fövqəladə hallara hazır olması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında rolu” mövzularında çıxışlar edilib.

Praktik hissədə şərti olaraq Xəzər dənizinin şimal hissəsində 8.5 bal gücündə zəlzələ baş verib, Sumqayıt Regional Mərkəzin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Sumqayıt şəhər Polis İdarəsinin Post-Patrul Xidmətinin, Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yaradılmış qərargaha daxil olmuş məlumatlara əsasən dərhal xilasetmə və yanğınsöndürmə əməliyyatlarına başlanılıb, xəsarət alanlar çıxarılaraq ilkin tibbi yardım göstərilməsi üçün QAC Sumqayıt bölməsinin əməkdaşlarına təhvil verilib.

Sonda praktik hissə qiymətləndirilib, nöqsanlar araşdırılaraq gələcəkdə aradan qaldırılması üçün təkliflər verilib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR