Sumqayıtda hava

Manşet, Cəmiyyət

Etilen-polietilen zavodu ərazisində obyekt mülki müdafiə tədbiri keçirildi

Etilen-polietilen zavodu ərazisində obyekt mülki müdafiə tədbiri keçirildi

Etilen-polietilen zavodu ərazisində obyekt mülki müdafiə tədbiri keçirildi

Etilen-polietilen zavodu ərazisində obyekt mülki müdafiə tədbiri keçirildi

"Azərikimya" İB-nin Etilen-polietilen zavodunda 1 mart - Ümumdünya Mülki Müdafiə günü münasibətilə "Mülki müdafiənin fəlakətlərə qarşı mübarizədə rolu” mövzusunda geniş maarifləndirici tədbir və obyekt mülki müdafiə məşqi keçirilib.

İB-dən "Yenisumqayit.az"a bildirilib ki, EP zavodunun və Təmir-tikinti İdarəsinin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri, o cümlədən kimya kəşfiyyatı və qazdan xilasetmə manqaları, mərkəzi labaratoriya nəzarət şəbəkəsi, xilasetmə briqadaları, sanitar post, "Kimyaçı” poliklinikasının təcili tibbi yardım bölməsi, Etalon Security MMC-nin mühafizə qrupu, Sumqayıt şəhər DYMİ-nin 24 saylı Yanğından Mühafizə Hissəsinin 2 ədəd yanğınsöndürən avtomobili və xilasetmə briqadalarının iştirak etdiyi tədbirin birinci mərhələsində Mülki Müdafiə qüvvələrinin düzülüşü, əmlak və avadanlıqlarının vəziyyəti nəzərdən keçirilib, şəxsi heyətin mülki müdafiə sisteminin əhəmiyyəti, təhlükəsizlik xidmətləri kompleksində və fəlakətlərə qarşı mübarizədə rolu, təbii fəlakətlərin, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı nəzəri bilikləri yoxlanılıb. Həmçinin əhalinin mühafizəsi və fəlakətlərə qarşı mübarizə sahəsində Mülki müdafiənin rolu, mühafizə və xilasetmədə yeni texnologiyalardan istifadə edilməsi, peşəkar və təcrübəli kadr hazırlığı sisteminin yaradılmasının vacibliyi haqqında ətraflı məlumat verilib.

Tədbirin ikinci mərhələsində şərti olaraq baş vermiş zəlzələnin təsirindən EP zavodunun Etilen istehsalatındakı Butan-butilen fraksiyasının hidrogenləşməsi qurğusunda meydana gəlmiş dağıntılardan sonra işçilərin təxliyəsi, dağıntıların altından insanların xilas edilməsi, eyni zamanda baş vermiş şərti yanğının yayılmasının qarşısının alınması və işçilərin maksimum mühafizə olunması məqsədi daşıyan məşqdə həyəcan siqnalının verilməsi ilə mülki müdafiə və yanğınsöndürmə dəstələri, həmçinin xüsusi xilasetmə qrupları özlərini hadisə yerinə çatdırıblar. Mühəndis kəşfiyyat qrupu tərəfindən hadisə baş vermiş ərazidəki vəziyyət barədə məlumat toplanıldıqdan və karbohidrogenlərin havada yayılma miqdarı müəyyən edilərək Mülki Müdafiə Qərargahına məlumat verildikdən sonra, xəsarət alanların təhlükəsiz əraziyə çıxarılması, ilkin tibbi yardım göstərmək üçün sanitar posta təhvil verilməsi və ağır vəziyyətdə olanların təcili yardım maşınlarında şəhərin müalicə müəssisələrinə göndərilməsi, həmçinin elektrik, qaz və su xətlərində qəza-bərpa işlərinin aparılması əməliyyatları yerinə yetirilib. Yanğından Mühafizə Xidmətinin şəxsi heyətinin operativ müdaxiləsi ilə zəlzələnin təsirindən deformasiyaya uğramış boru xətlərinin zədələnməsi nəticəsində karbohidrogenlərin yanaraq digər sahələrə keçməsinin qarşısı alınmaqla, yanğın söndürülüb.

Tədbir müddətində bütün qüvvələr qarşılıqlı fəaliyyət göstərib, peşəkarlıq nümayiş etdirib, pərakəndəliyə və çaşqınlığa yol verməyiblər. Keçirilən tədbirdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR