Sumqayıtda hava

Cəmiyyət

Sağlıq və xoşbəxtliyini Vətənə qurban verən Familə Salmanqızının yubileyinə DƏVƏT

Sağlıq və xoşbəxtliyini Vətənə qurban verən Familə Salmanqızının yubileyinə DƏVƏT

Sizi 15 mart 2017-ci il tarixində saat 14-də Xırdalan şəhər MƏRKƏZİ KİTABXANASINDA bütün varlığı ilə Vətən yolunda çalışan, 1991-ci ildə yaranan, Xocalı Milli Ərazi Özünü-Müdafiə Taborunda, - "Mixaylo” ləqəbli, ölümündən öncə mayor rütbəsi verilmiş Tofiq Hüseynovun komandirlik etdiyi taborda könüllü xidmət edən, Xocalıya atılan mərmi partlayışından yaralanıb, 1992-ci ildə Xocalı soyqırımı törədiləndən sonra xidmətini yenidən Ağdam bölgəsində davam etdirən, Eldar Bağırov adına taborun əsgər və zabitləri ilə Aranzamin, Pircamal və Naxçıvanik döyüşlərində Xocalı intiqamı ilə döyüşən, 1996-cı ildə Müdafiə Nazirinin əmri ilə ordu sırasından təxris olunub kiçik gizir rütbəsi ilə ikinci qrup Qarabağ əlili olan, sağlıq və xoşbəxtliyini Vətənə qurban verən FAMİLƏ SALMANQIZI FƏRMANLInın 60 illik yubiley tədbirinə dəvət edirik.

Abşeron rayon MKS.

Ünvan: Xırdalan şəhəri, 27-ci məhəllə, bina 4a. ("Bizim market”lə üzbəüz. Beşmərtəbəli binanın 1-ci mərtəbəsi) 119 və 35 saylı avtobuslar.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR