Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda “Gənclərin Bahar Bayramı” adlı bədii-əyləncəli bayram tədbiri

Sumqayıtda “Gənclərin Bahar Bayramı” adlı bədii-əyləncəli bayram tədbiri

Sumqayıtda “Gənclərin Bahar Bayramı” adlı bədii-əyləncəli bayram tədbiri

Sumqayıtda “Gənclərin Bahar Bayramı” adlı bədii-əyləncəli bayram tədbiri

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi və Təhsil Şöbəsi ilə birgə martın 15-də Heydər Əliyev Mərkəzində Novruz bayramına həsr edilmiş "Gənclərin Bahar Bayramı” adlı bədii-əyləncəli bayram tədbiri təşkil edib.

Müxtəlif sahələri təmsil edən ictimai-fəal gənclərin, gənclər təşkilatlarının nümayəndələrinin iştirak etdiyi bayram tədbirində çıxış edən şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazov, Sumqayıt Regional MTİ-nin rəisi Mehman Şükürov, Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə milli mənəvi dəyərlərin, adət və ənənələrin qorunub saxlanılmasında, daha da inkişaf etdirilməsindəki rolundan danışıb və bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, həmçinin şəhər rəhbərliyinin adət ənənələrimizin qorunub saxlanılmasında fəaliyyətini qeyd edərək, Novruz bayramı münasibətilə iştirakçıları təbrik ediblər.

Tədbir Novruz adət-ənənələrini özündə əks etdirən maraqlı oyunlarla, viktorinalarla, müxtəlif musiqi nömrələri ilə davam etdirilib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR