Sumqayıtda hava

Cəmiyyət

"Azərikimya" İB-də 20 yanvar günü ilə bağlı tədbir keçirilib

"Azərikimya" İB-də 20 yanvar günü ilə bağlı tədbir keçirilib


Yanvarın 19-da "Azərikimya" İstehsalat Birliyinin akt zalında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar geniş anım tədbiri keçirilmişdir.

Birlik əməkdaşları işə gələrkən ilk növbədə Baş idarənin foyesində yaradılmış və xalqımızın azadlığı uğrunda mübarizədə həlak olmuş 20 yanvar şəhidlərinin xatirəsinə həs olunmuş güşəni ziyarət etmiş, xüsusi tərtib olunmuş stendin önündəki postamentin üzərinə təzə-tər qərənfillər düzmüşlər.

İB-nin əməkdaşları ilə birgə YAP Sumqayıt şəhər təşkilatı, Sumqayıt Bələdiyyəsi, Sumqayıt Tarix muzeyinin və mətbuat nümayəndələrinin də iştirak etdiyi anım mərasimində öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edən natiqlər qeyd etmişlər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının nəhəng hərb maşını müstəqillik uğrunda aparılan milli azadlıq mübarizəsini qan gölündə boğmaq üçün bir neçə istiqamətdən Bakı üzərinə yeridilmiş, XX əsrdə insanlığa qarşı törədilmiş zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən biri olmaqla, hər birimizin yaddaşına «qanlı şənbə gecəsi» kimi həkk olunan, yalnız yüzlərlə insanlara yox, bütövlükdə xalqımıza, millətimizə və respublikamıza qarşı cinayət aksiyası həyata keçirilmişdir.

Anım mərasimində "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev çıxış edərək qeyd etmişdır ki, 20 Yanvar faciəsi öz torpaqlarının müdafiəsinə qalxmış, haqsızlığa və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış, bunun müqabilində güclü və qansız düşmənlə üz-üzə qalmış dinc, əliyalın insanların mərdlik, rəşadət, qürur və qəhrəmanlıq tarixidir. Natiq Azərbaycanın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş soydaşlarımızın xatirəsinin xalqımızın qəlbində daim yaşayacağına əmin olduqlarını bildirmişdir.

Xatirə tədbirində 20 Yanvar faciəsi ilə bağlı çəkilmiş sənədli filmlərdən fraqmentlər nümayiş olunmuş, şəhərdəki 33 saylı tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik ruhlu ədəbi-bədii kompozisiya təqdim edilmişdir.

"Azərikimya" İB-də 20 yanvar günü ilə bağlı tədbir keçirilib

"Azərikimya" İB-də 20 yanvar günü ilə bağlı tədbir keçirilib

"Azərikimya" İB-də 20 yanvar günü ilə bağlı tədbir keçirilib

"Azərikimya" İB-də 20 yanvar günü ilə bağlı tədbir keçirilib

"Azərikimya" İB-də 20 yanvar günü ilə bağlı tədbir keçirilib

"Azərikimya" İB-də 20 yanvar günü ilə bağlı tədbir keçirilib

"Azərikimya" İB-də 20 yanvar günü ilə bağlı tədbir keçirilib





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR