Sumqayıtda hava

Manşet, Cəmiyyət

Hacı Zeynalabdin qəsəbəsində möhtəşəm Novruz şənliyi - FOTOLAR

Hacı Zeynalabdin qəsəbəsində möhtəşəm Novruz şənliyi - FOTOLAR

Hacı Zeynalabdin Bələdiyyəsi və Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin təşkilatçılığı ilə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yenicə təmirdən çıxmış "Hacı Zeynalabdin Tağıyev" adına istirahət parkında xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.

Qəsəbə Bələdiyyəsindən "YeniSumqayit"a bildirilib ki, mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, qəsəbənin hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivi, qəsəbə sakinləri və KİV nümayəndələri iştirak edib.

Parkın açılışını bildirən lent kəsildikdən sonra Hacı Zeynalabdin Tağıyevin abidəsi ziyarət olunub, park ərazisində bayram gəzintisi həyata keçirilib, şənliyə qatılan iştirakçıların hazırladıqları bayram nömrələrinə tamaşa edilib.

Tanınmış incəsənət ustalarının və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb. Pəhləvanlar, idmançılar öz məharətlərini göstəriblər.

Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.

Qəsəbənin ümumtəhsil müəssisələrinin kollektivlərinin nümayiş etdirdiyi Novruz atributlarından ibarət sərgi izləyicilərdə dərin təəssüratlar yaradıb.

"Yenisumqayit.az"

 

Hacı Zeynalabdin qəsəbəsində möhtəşəm Novruz şənliyi - FOTOLAR

Hacı Zeynalabdin qəsəbəsində möhtəşəm Novruz şənliyi - FOTOLAR

Hacı Zeynalabdin qəsəbəsində möhtəşəm Novruz şənliyi - FOTOLAR

Hacı Zeynalabdin qəsəbəsində möhtəşəm Novruz şənliyi - FOTOLAR

Hacı Zeynalabdin qəsəbəsində möhtəşəm Novruz şənliyi - FOTOLAR

Hacı Zeynalabdin qəsəbəsində möhtəşəm Novruz şənliyi - FOTOLAR

Hacı Zeynalabdin qəsəbəsində möhtəşəm Novruz şənliyi - FOTOLAR

Hacı Zeynalabdin qəsəbəsində möhtəşəm Novruz şənliyi - FOTOLAR

Hacı Zeynalabdin qəsəbəsində möhtəşəm Novruz şənliyi - FOTOLAR

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR