Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda yaşayan xalq artistindən ŞİKAYƏT: "BƏS MƏNİM ƏZİYYƏTİM?"

Sumqayıtda yaşayan xalq artistindən ŞİKAYƏT: "BƏS MƏNİM ƏZİYYƏTİM?"


Sumqayıtda yaşayan xalq artistindən ŞİKAYƏT: "BƏS MƏNİM ƏZİYYƏTİM?"


Sumqayıtda yaşayan xalq artistindən ŞİKAYƏT: "BƏS MƏNİM ƏZİYYƏTİM?"

Azərbaycan Respublikasının xalq artisti, Prezident mükafatçısı Məzahir Süleymanov Sumqayıt şəhərində həyata keçirilən təmir-tikinti işlərindən, daha doğrusu bu işlərin lazımi qaydada aparılmamasından şikayətlənib. Xalq artisti bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımın mətnini və fotoşəkilləri təqdim edirik:

"Sumqayıt icra hakimiyyətinin 11-ci mikrorayonda və şəhərin bir çox yerlərində evlərin damları ilə əlaqədar gördüyü yarıtmaz, düşünülməmiş, 5-ci mərtəbədə yaşayan sakinlərin hansı vəziyyətə düşəcəklərini nəzərə almadan fevral ayında, yağışlar mövsümündə belə bir iş görməyi sakinləri əməlli-başlı çıxılmaz vəziyyətə salıb. Mən 10 il bundan qabaq böyük çətinliklə borc-xərclə evimizin damını şifirlə örtərək başladım otaqlarımızın təmirinə. Nəhayət ki, təmiri qurtarıb asudə nəfəs aldım. Artıq yağış yağanda otaqlarımızdan damacağından qorxmurdum. Beləcə 8 il otaqlardan yağış yağarkən damacağından qorxmadan yaşadıq, ta o vaxta kimi ki, Sumqayıt icra hakimiyyətinin başına damlarla əlaqədar bir "möhtəşəm" ideya gəldi. Sakinlərin özlərinin düzəltdikləri damlarını söküb, standart və eyni görkəmdə damları tikmək. Özlüyündə bu ideya yaxşı ideyadır, amma ....... bax bu ammalar olmasaydı.

Ammalar da bunlardır: Təmir işlərinin yağışların çox olan aylarda başlaması, təmir işlərinin çox zəif aparılması, tikinti materialları ilə təminatın yarıtmaz olması, texnika ilə vaxtlı-vaxtında təmin olunmaması və s.

Artıq 1 aydan çoxdur ki, işlər başlayıb, amma bizim evin üstü hələ ki, bu vəziyyətdədir. Yağan yağışlar təmir etdiyim otaqlarımıza divan tutur.

Bəs mənim əziyyətim, təmirə xərclədiyim məbləğ?

Kim verəcək bunların əvəzini?"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR