Sumqayıtda hava

Manşet, Elan

Sumqayıtda təlim keçiriləcək - “Ünsiyyət Vərdişləri"

Sumqayıtda təlim keçiriləcək - “Ünsiyyət Vərdişləri"

Aprelin 7-də Sumqayıt Gənclər Evində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Ünsiyyət Vərdişləri” mövzusunda ödənişsiz təlim keçiriləcək.

Təlimin istiqamətləri:

• Effektiv ünsiyyət nədir?

• Ünsiyyət prosesi

• Daxili Kommunikasiya

• Ünsiyyətdə metaproqramlar ilə ayrılmış insan tipləri

• Ünsiyyət oyunları və edilən səhvlər

• Ünsiyyətdə "Mən dili, Sən dili"

• Ünsiyyətdə sual vermə və dinləmə bacarıqlarına giriş

• Ünsiyyətdə razı salma bacarıqlarına giriş

Təlim Biznes, NLP, fərdi inkişaf, effektivlik, kommunikasiya, idarəetmə üzrə təlimçilik sahəsində 7 illik təcrübəsi olan Kənan Hüseynli tərəfindən veriləcək.

İştirak etmək istəyənlər qeydiyyat üçün aşağıdakı linkə keçid etməlidirlər:

 

https://goo.gl/forms/eWB09l2OAhFkTBaL2

Ünsiyyət gündəlik həyatımızın ayrılmaz bir hissəsidir. Gün ərzində bir çox insanlarla müxtəlif səbəblərə və müxtəlif tərzdə ünsiyyətdə oluruq. Buna görə də məqsədlərimizə çatmaq üçün düzgün kommunikasiya qurmağı, insanlarda empatiya yaratmağı bacarmalıyıq. İlk baxışda nə qədəs sadə görünsə də, düzgün ünsiyyət qurmaq və istədiyini əldə etmək o qədər də asan deyil. Belə ki, ünsiyyət zamanı aysberqin görünən tərəfində deyib gülmək, hirslənmək, kədərlənmək, hüznü bölüşmək və s. varsa, görünməyən tərəfində isə aşağıdakılar var:

• Effektiv ünsiyyət nədir?

• Ünsiyyət prosesi

• Daxili Kommunikasiya

• Ünsiyyətdə metaproqramlar ilə ayrılmış insan tipləri

• Transaksiya analizi-Ünsiyyət oyunları

• Ünsiyyətdə edilən səhvlər

• Ünsiyyətdə "Mən dili, Sən dili"

• Ünsiyyətdə sual vermə bacarıqlarına giriş

• Ünsiyyətdə dinləmə bacarıqlarına giriş

• Ünsiyyətdə razı salma bacarıqlarına giriş

 

Ünsiyyətin özünü öyrənməyə başla!

Təlimçi - Kənan Hüseynli Təhsilinin bakalavr pilləsində Dövlət İdarəçilik Akademiyasını fərqlənmə ilə, magistr pilləsində Qafqaz universitetini fərqlənmə ilə bitirib. NLP (Neuro Linguistic Programming) üzrə master practitionerdir. Biznes, NLP, fərdi inkişaf, effektivlik, kommunikasiya, idarəetmə üzrə təlimçilik sahəsində 7 illik təcrübəsi var. Bacarıqları inkişaf etdirmə və ünsiyyət sahəsində 5 ildən çoxdur ki, araşdırma aparır. Gənc sahibkardır. "Aksultan Tekstil"-in icraçı direktoru, "Business Club Azerbaijan"-ın təsisçisidir.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR