Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtın boks komandası Azərbaycan üçüncüsü oldu

Sumqayıtın boks komandası Azərbaycan üçüncüsü oldu

25-30 mart 2017-ci il tarixlərində Bakıda 2001-2002-ci il təvəllüdlü oğlanlar arasında Azərbaycan birinciliyi keçirilib. Birincilikdə 36 komandadan 237-dən çox boksçu mübarizə aparıb.

Sumqayıt şəhər Gənclər və İdman Baç İdarəsindən "Yenisumqayit.az"a bildirilib ki, 6 gün davam edən və gərgin idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt idmançıları Əli Zamanov (44 kq) və Elmir Novruzov (57 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Eldar Babayev (54 kq) və Nicat Tağızadə (63 kq) birinciliyin gümüş, Dəyanət Hüseynov (66 kq) isə bürünc medalına layiq görülüblər.

Sumqayıtın yeniyetmələrdən ibarət yığma komandası ümumkomanda hesabında üçüncü yerə layiq görülüb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR