Sumqayıtda hava

Cəmiyyət

Qərb Universitetində müasir mühəndislik laboratoriyaları qurulur

Qərb Universitetində müasir mühəndislik laboratoriyaları qurulur

Ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olan Qərb Universitetində tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş əsaslı yenidənqurma işləri davam etdirilir. Universitetin infrastrukturunun, maddi-texniki bazasının yaxşılaşdırılması üçün müasir qurğu və cihazlarla təchiz olunmuş laboratoriyalar qurulur.

Xüsusilə mühəndislik istiqamətləri üzrə ixtisaslarla bağlı müasir standartlara cavab verən laboratoriyaların formalaşdırılmasına başlanılıb və bu laboratoriyaların təşkilinə bu sahədə böyük təcrübəsi olan ABŞ və Avropa şirkətləri cəlb edilib. Mexatronika və robototexnika mühəndisliyi, maşınqayırma, həmçinin meşəçilik, ağac emalının texnologiyası ixtisasları üzrə də laboratoriyaların təşkilinə start verilib. Ağac emalı ilə bağlı əldə olunacaq qurğular ölkədə ilk dəfə Qərb Universitetində tətbiq olunacaq.

Yaxın vaxtlarda universitetdə genetik analizlərin aparılmasına imkan verən laboratoriya da olacaq. Lazımi cihaz və qurğuların alınması üçün müvafiq xarici şirkətlərlə danışıqlar müsbət nəticələnib.

Ekologiya mühəndisliyi sahəsi üzrə qurulmaqda olan laboratoriyanı da xüsusilə vurğulamaq olar. Burada aparılacaq bir sıra proseslər ölkə üzrə ilk dəfə Qərb Universitetində reallaşdırılacaq.

168saat.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR