Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Teatrının aprel repertuarında yeni tamaşa - "TÜLKÜ HƏCCƏ GEDİR"

Sumqayıt Teatrının aprel repertuarında yeni tamaşa - "TÜLKÜ HƏCCƏ GEDİR"

Sumqayıt Dövlət Dram Teatrı aprel ayı üçün nəzərdə tutulan repertuara yeni bir tamaşanı da əlavə etdi. Ötən həftə Abdulla Şaiqin "Tülkü həccə gedir” alleqorik nağılı əsasında rejissor Vasif Məmmədovun səhnələşdirdiyi "Əhmədin vəfalı dostu” tamaşasına daxili baxış oldu. Tamaşanın premyerası 2 aprel 12:00-da keçirildi. Aktyorlar Yalçın Səlimov, İradə Zeynalova, Habil Xanlarov, Şəhla Məmmədova, Ceyhun Məhərrəmov və Kifayət Burziyevanın maraqlı oyun tərzi azyaşlıların diqqətini çəkə bildi.

Tamaşada teatr studiyasının tələbələrindən Etibar Əmiorov, Günəş Bağırova və Firuzə Şərifova oynadığı rolların öhdəsindən məharətlə gəldi.

Tamaşaçılar bu yeni uşaq tamaşasına 22 aprel saat 11:00, 13:00, 23 aprel 12:00, 14:00-da baxa bilərlər.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR