Sumqayıtda hava

Cəmiyyət

SDU-da şagirdlər arasında keçirilmiş fənn olimpiadasının qalibləri mükafatlandırıldı

SDU-da şagirdlər arasında keçirilmiş fənn olimpiadasının qalibləri mükafatlandırıldı

SDU-da şagirdlər arasında keçirilmiş fənn olimpiadasının qalibləri mükafatlandırıldı

SDU-da şagirdlər arasında keçirilmiş fənn olimpiadasının qalibləri mükafatlandırıldı

Aprelin 6-da Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyinə həsr olunmuş Kimya və biologiya üzrə fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Olimpiadanın təşkilinin məqsədi istedadlı uşaqların aşkarlanması, şagirdlərdə fənlərə olan marağın artırılması, onlara bilik və bacarıqlarının nümayiş etdirilməsində kömək göstərilməsi, həmçinin şagirdlərin bilik və savadlarının dəyərləndirilməsidir.

Dekabrın 24-də Kimya və biologiya fənni üzrə keçirilən olimpiadaya Sumqayıt şəhərindəki orta məktəblərdən 8, 9, 10 və 11-ci sinif şagirdləri, Bakı şəhərində isə "Kaspi” liseyinin şagirdləri qatılıb. 147 şagirddən 37 şagird qalib olub.

Qaliblər Universitetin rektoru, professor Elxan Hüseynov tərəfindən Fəxri Fərmanla təltif olunublar.

E.Hüseynov qalib şagirdləri təbrik edib, elmimizin və təhsilimizin inkişafı yolunda uğurlar arzulayıb. Rektor rəhbərlik etdiyi ali təhsil ocağı haqqında məlumat verib, universitetin son üç ildə bir çox uğurlu layihələrə imza atmasından bəhs edib.

Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri dosent Nizami Namazov çıxış edərək şəhərimizdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin SDU ilə sıx əlaqələrinin qurulmasını yüksək qiymətləndirib. O qeyd edib ki, şəhərimizin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti nəinki respublikamızda, habelə Avropada böyük nüfuz qazanmış bir ali təhsil ocağıdır. N.Namazov gələcəkdə də belə görüşlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Digər natiqlər çıxış edərək qalib şagirdləri təbrik ediblər, onlara təhsillərində yeni-yeni uğurlar arzulayıblar.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR