Sumqayıtda hava

Manşet, Cəmiyyət

Bakı Mühəndislik Universitetində “SAĞLAMLIQ VƏ XOŞBƏXTLİK GÜNÜ”

Bakı Mühəndislik Universitetində “SAĞLAMLIQ VƏ XOŞBƏXTLİK GÜNÜ”

Bakı Mühəndislik Universitetində “SAĞLAMLIQ VƏ XOŞBƏXTLİK GÜNÜ”

Bakı Mühəndislik Universitetində “SAĞLAMLIQ VƏ XOŞBƏXTLİK GÜNÜ”

Türkmənistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında idmanın bir neçə növü üzrə yarış təşkil olunub. "Sağlamlıq və Xoşbəxtlik günü” adı altında keçirilən turnirin bu il IV keçirilib.

Turnirin final mərhələsi bu gün Bakı Mühəndislik Universitetində baş tutub.

Tədbirdə Türkmənistan səfirliyinin, turnirdə iştirak edən universitetin nümayəndələri və idmançıları iştirak edib. Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov qonaqları və idmançıları salamlayaraq belə bir tədbirə ev sahibliyi etməkdən məmnunluğunu bildirib. Tədbirin əhəmiyyətindən danışan rektor idmanın insan həyatındakı rolunu diqqətə çatdırıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin təhsillə yanaşı gənclərin idmanla məşğuliyyətinə də diqqət və qayğı göstərdiyini, ölkəmizin beynəlxalq turnirlərə ev sahibliyi etdiyini və dünyada idman ölkəsi kimi tanındığını xüsusi vurğulayıb. Universitetin yeni yaradılmasına baxmayaraq tələbələrin idmanla məşğul olmaları üçün hər cür şəraitin olduğunu da bildirib.

Türkmənistan səfirliyinin konsulu Batır Rəcəbov ölkəsində hər il 5 aprel "Sağlamlıq və xoşbəxtlik” günü kimi keçirilidiyini bildirib. Bu səbəbdən də Azərbaycanda 4 ildir ki, səfirlik və universitetlər tərəfindən bu turnir təşkil olunur. Türkmənistan da Azərbaycan kimi gənclərin idmanla məşğul olmalarını təşviq edir. Bu il Asiya oyunları Türkmənistanda keçiriləcək. Batır Rəcəbov turnirə ev sahibliyi etdiyi üçün Bakı Mühəndislik Universitetinin rəhbərliyinə səfirlik adından təşəkkürlərini bildirib.

Qeyd edək ki, Bakı Mühəndislik Universitetin komandaları turnirdə futbol yarışı üzrə 4-cü, tenis yarışı üzrə 2-ci, turnikdə çəkinmə yarışı üzrə 2-ci yerə layiq görülüb. Futbol yarışının qalibi Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası olub.

Qaliblər təşkilatçılar tərəfindən kubok və diplomlarla təltif ediliblər.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR