Sumqayıtda hava

Cəmiyyət

Bakı Mühəndislik Universiteti “Tələbə baharı” Festivalında uğurla təmsil olunub

Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə aprelin 3-də Azərbaycan Dövlət Rus Dram Teatrında "Tələbə baharı” X Ümumrespublika Tələbə Yaradıcılığı Festivalının seçim turu keçirilib.

Bakı Mühəndislik Universitetinin bədii yaradıcılıq bölməsinin yaradıcı kollektivlərinin üzvləri də müsabiqədə fəallığı ilə seçilib. Milli, xalq və müasir rəqslər, klassik və pop müsiqi nominasiyaları üzrə müsabiqədə iştirak edən istedadlı tələbə-gənclər festivalın qalibləri sırasında yer alıblar.

Universitetin qızlardan ibarət rəqs kollektivi müasir rəqslər nominasiyası üzrə III yerə, Mühəndislik fakültəsi, kimya mühəndisliyi bölümünün IV kurs tələbəsi Arzu Cəbrayılova pop müsiqi nominasiyası üzrə IV yerə layiq görülüb.

Festivalın Qala konserti aprelin 26-da Musiqili Komediya Teatrında keçiriləcək.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR