Sumqayıtda hava

Manşet, Elan

Sumqayıtda "Xəmsə"nin seçim turu keçiriləcək - 15 APREL

Sumqayıtda "Xəmsə"nin seçim turu keçiriləcək - 15 APREL

Əziz Sumqayıtlı Gənclər!

"Xəmsə" Milli İntellektual Oyunu üzrə Gənclər arasında IX Azərbaycan çempionatına start verildi. Çempionat çərçivəsində şəhər Gənclər və İdman Baş İdarəsi 15 aprel 2017-cı il tarixində saat 10:00-da Heydər Əliyev Mərkəzində Çempionatın şəhər seçim turunu keçirəcəkdir. Qalib olan 4 komanda Abşeron zonası üzrə oyunlarda iştirak etmək hüququ qazanacaq. Çempionatın final mərhələsi Balakən şəhərində keçiriləcək.

Şərtlər: İştirak etmək istəyənlər 6 nəfərdən (1 nəfər ehtiyat oyunçu) ibarət komandanı formalaşdırmalı, 14 aprel 2017-ci il saat 18.00-dək aşağıdakı keçidə daxil olmalı, elektron "Sifariş vərəqini” dolduraraq qeydiyyatdan keçməli və ya Baş İdarəyə yaxınlaşaraq "Sifariş vərəqini” doldurub təqdim etməlidirlər.

goo.gl/forms/UxK7TELhEVqiIzeY2

QEYD: Qeydiyyatdan ancaq Sumqayıt şəhər qeydiyyatı olan və 17-29 yaşıarası gənclər keçməlidirlər.

Telefonlar: 018 655 47 32, 655 31 50, 055 673 42 98, 055 887 42 52

E-mail: sumqayit_genc@mail.ru

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR