Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda “Ünsiyyət vərdişləri” mövzusunda təlim keçirildi

Sumqayıtda “Ünsiyyət vərdişləri” mövzusunda təlim keçirildi

Sumqayıt Gənclər Evində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə gənclər üçün "Ünsiyyət vərdişləri” mövzusunda təlim keçirilib.İdarədən "Yenisumqayit.az"a bildirilib ki, təlim gündəlik həyatın ayrılmaz hissəsi olan ünsiyyət sahəsində gənclərin biliklərini artırmaq məqsədilə keçirilib. Təcrübəli təlimçi Kənan Hüseynli tərəfindən təlim iştirakçılarına effektiv ünsiyyət nədir?, ünsiyyət prosesi, daxili kommunikasiya, ünsiyyətdə metaproqramlar ilə ayrılmış insan tipləri, transaksiya analizi-ünsiyyət oyunları, ünsiyyətdə edilən səhvlər, ünsiyyətdə mən dili, sən dili, ünsiyyətdə sual vermə bacarıqlarına giriş, ünsiyyətdə dinləmə bacarıqlarına giriş, ünsiyyətdə razı salma bacarıqlarına giriş istiqamətləri üzrə biliklər verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirə aparılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR