Sumqayıtda hava

Manşet, Elan

SUMQAYITDA BİR İLK - "60 saniyədə insan tanıma sənəti” psixoloji təlimi

SUMQAYITDA BİR İLK - "60 saniyədə insan tanıma sənəti” psixoloji təlimi

Dəyərli Sumqayıtlılar!

VERBAL uşaq tədris mərkəzi və CIBS (Caspian International Business Services) şirkətinin birgə əməkdaşlığı ilə SUMQAYITDA ilk dəfə olaraq "60 saniyədə insan tanıma sənəti” psixoloji təliminə start verilir.

Hər bir insanın xarici aləmi onun daxili aləmindən xəbər verir.

(Təbriz Hacıyev)

Bu təlim sizə qarşınızdakı şəxsin davranışlarını bütövlükdə deyil, hissələrə bölərək onun haqqında ətraflı məlumat toplamağa kömək edəcək. Təqdim etdiyimiz metodika - Insanların individual xüsusiyyətlərinin qiymətləndirilməsi və onların davranışlarının manipulyasiya edilməsi üçün unikal sistemdir.

Təlimdən əldə edəcəksiniz:

- Qısa müddət ərzində insan xarakterinin müəyyən edilməsi;

- Xarakteriologiya psixodiaqnostikanın əsas elementi kimi;

- Ətrafdakı insanların davranışlarının əsl səbəblərinin analiz edilməsi;

- Onların gizli motivlərinin daha sürətli və daha dəqiq aşkara çıxarılması.

Təlimin proqramı:

• İnsan xarakterinin anlayışı və başqa psixodiaqnostikalardan fərqi;

• 8 baza adaptasiya reaksiyası;

• İsteroid xarakteri (Gəldi konfilikt saldı və getdi);

• Epileptoid xarakteri (Hər şey vaxtında və dəqiq olmalıdır.);

• Paranoyal xarakteri (Hər bir insan həyatda hədəflərinə doğru irəliləməyi bacarmalıdır);

• Emotiv xarakteri (Həyat harmoniyanın üzərində qurulub);

• Şizoid xarakteri (Həyata qeyri-adi baxışlarla baxmaq.);

• Həyacanlı xarakteri (Ehtiyatı əldən vermə);

• Depressiv-kədər xarakteri (Həyat çətinliklərin üzərində qurulub.);

• Hipertim xarakteri (Hər zaman yüksək əhval-ruhiyyə).

Təlimçi: TƏBRİZ HACIYEV

CIBS təlim mərkəzinin təsisçisi, "Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın Mütəxəssis profayleri, Biznes təlimçi, Yalan üzrə ekspert, Azərbaycanda ilk dəfə olaraq Operativ Psixodiaqnostika və FACS (facial action coding system) üz əzələlərinin kodlaşdırılması sistemi layihələrinin rəhbəri. İndiyə qədər yüzlərlə mütəxəssis hazırlayıb. Gilan Holding, Azərbaycan Sənaye Bankı, Caspian Support Solutions, Bakı Sığorta, Bank Respublika, AZBENTONİT, MBASK sığorta kimi onlarla böyük şirkətlərə və ya onların nümayəndələrinə habelə Fövqaladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, eləcə də müxtəlif güc strukturlarında və ya onların ayrı-ayrı nümayəndələrinə yüzlərlə təlim və seminarlar verib. Həmçinin Rusiya, Ukrayna, Gürcüstan, Belarusiya, Latviya, Türkiyə, Kipr, Özbəkistandan onlarla şəxslərə online təhsil verib. 9 illik təcrübəyə sahibdir.

Seminar 1 gün davam edəcək.

Ödəniş: 20 AZN

Başlanma tarixi: 23.04.2017, saat: 11:00-15:00

QEYDİYYAT LİNKİ:

www.jotform.me/form/70935839107463

 

Telefon: 018 656 44 45, 070 956 44 45

Ünvan: Sumqayıt şəhəri, Sülh Plaza (Mərkəzi Avtovağzalın yanı)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR