Sumqayıtda hava

Cəmiyyət

Təbiət Elmləri Təmayüllü Gimnaziya “Şahin” hərbi-idman oyununun qalibi oldu

Təbiət Elmləri Təmayüllü Gimnaziya “Şahin” hərbi-idman oyununun qalibi oldu

Aprelin 8-də Sumqayıt şəhərində yerləşən "N” saylı hərbi hissədə şəhər Gənclər və İdman Baş İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Şahin” hərbi-idman oyununun final mərhələsi keçirilib.

Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, "N” saylı hərbi hissənin komandiri Emil Rüstəmov bu kimi hərbi-idman oyununlarının mütəmadi olaraq keçirilməsinin yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, ordu sıralarına hazırlanmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Qeyd olundu ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi Respublikamızda ordu quruculuğu sahəsində də mühüm tədbirlərin həyata keçirilməsinə, cəbhədə vəziyyətin müsbət istiqamətdə dəyişməsinə təkan verdi. Silahlı Qüvvələrə göstərilən diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, peşəkar və vətənpərvər şəxsi heyət formalaşdırıldı. Uğurla davam etdirilən dövlət siyəsətinin nəticəsidir ki, bu gün Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə bir həmlədə torpaqlarımızı işğaldan azad etmək qüdrətinə malikdir və "Şanlı Aprel Döyüşləri” bunu bir daha sübut etdi.

Yarışın 8 mərhələsi üzrə gedən gərgin mübarizədən sonra Təbiət Elmləri Təmayüllü Gimnaziyanın komandası şəhər birinciliyinin qalibi olub. 1 nömrəli orta məktəbin komandası II, 5 nömrəli orta məktəbin komandası III yerlərə layiq görülüb.

I yerin qalibi "Şahin” hərbi-idman oyununun Qusar rayonunda keçiriləcək zona mərhələsində iştirak edəcək.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR