Sumqayıtda hava

Manşet, Cəmiyyət

4 nömrəli məktəbdə “Ağ Ölümə – Yox Deyək” devizi altında görüş keçirilib

4 nömrəli məktəbdə “Ağ Ölümə – Yox Deyək” devizi altında görüş keçirilib

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil Şöbəsi, Polis İdarəsi və Sumqayıt Rayonlararası Narkoloji Dispanserin birgə təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizə istiqamətində şəhərin orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında "Ağ Ölümə - Yox Deyək” devizi altında maarifləndirici xarakterli görüşlər davam etdirilir. Artıq 13, 29, 23, 33, 12, 28, 31, 19, 35, 22 nömrəli orta məktəblərdə görüşlər təşkil edilib.

Aprelin 13-də 4 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən görüşdə şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov, Təhsil Şöbəsinin müdiri Nizami Namazov, Sumqayıt Rayonlararası Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov, 4 və 39 nömrəli məktəblərin müəllim və şagird kollektivi iştirak edib.

İlk öncə iştirakçılar Baş İdarənin təqdim etdiyi "Narkomaniyaya Yox Deyək” adlı narkomaniyanın ağır fəsadlarını özündə əks etdirən filmi izləyiblər.

Tədbirdə çıxış edənlər ölkəmizdə narkotizmlə və narkobizneslə mübarizənin əsasının Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulduğunu və aparılan uğurlu siyasətin nəticəsi olaraq son illər respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatların da fəallığının artırıldığını qeyd ediblər.

Həmçinin çıxışlarda Sumqayıt şəhərində narkomaniya əleyhinə keçirilən tədbirlər barədə, yeniyetmə və gənclərlə narkomanların taleyi, narkomaniyanın fəsadları və nəticələri, ondan qorunmağın yolları haqqında, şəhərdə bu dəhşətli bəla ilə mübarizə istiqamətində görülən işlər barədə məlumatlar verilib.

Mövzu ətrafında şagirdlərlə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb, iştirakçılara bukletlər paylanılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR