Sumqayıtda hava

Manşet, Elan

"NORM Sement"dən YAY TƏCRÜBƏ PROQRAMI - QEYDİYYAT

"NORM Sement"dən YAY TƏCRÜBƏ PROQRAMI - QEYDİYYAT

Tələbələrin elmi-texniki biliklərinin artılırması və peşəkar bacarıqlarının inkişaf etdirilməsi məqsədilə NORM MMC 2017-ci il üçün "Yay təcrübə proqramı"nı elan edir.

Yay təcrübə proqramı sizə öyrəndiklərinizi tətbiq etmək və iş yerində dəyərli təcrübə qazanmaq imkanı yaradır.

Təcrübə proqramına aşağıdakı ixtisaslar üzrə tədris müəsisəsinin III və IV kurslarında və magistr pilləsində təhsil alan şəxslər qatıla bilərlər:

- Kommersiya

- İnsan resursları

- Texnoloji maşın və avadanlıqlar mühəndisliyi

- Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi

- Mexanika/maşın mühəndisliyi

- İnşaat materiallarının istehsal texnologiyası

- Yapışdırıcı materiallar və beton istehsalı texnologiyası

- Kimya və kimya mühəndisliyi / texnologiyası

- Geologiya

- Elektrik və elektronika mühəndisliyi

Şərtlər:

İş qrafiki: Standart (5 günlük)

Müddət: 1-3 ay

Əlavə olaraq: Nahar və nəqliyyat xidməti

Tələblər:

- Təcrübə proqramına müraciət forması (buradan yükləyin Müraciət forması )

- NORM-da təcrübə keçməkdə məqsəd və gələcək karyera planlarını əks etdirən məlumat

- Tələbə olduğunu təsdiq edən sənəd (tələbə bileti)

- Elmi işlərin siyahısı (əgər varsa)

- İştirak etdiyi əlavə kurs və ya təlimləri təsdiqləyən sənəd (əgər varsa)

- Magistrlər üçün – bakalavr diplomunun surəti

Müraciətlərinizi 28 aprel 2017-ci il tarixinədək hr@norm.az email ünvanına, mövzu hissəsində "Internship” qeyd edərək göndərməyiniz xahiş olunur.

Qeyd: Təcrübə proqramı ödənişsizdir və Şirkət təcrübəçiləri mütləq qaydada işə götürmək öhdəliyi daşımır.

Ətraflı bilgi və qeydiyyat üçün aşağıdakı keçidə daxil olun:

norm.az/career/selfdevelopment/20150630104304557.html

 
 
 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR