Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda “Xəmsə”nin şəhər seçim turuna yekun vuruldu

Sumqayıtda “Xəmsə”nin şəhər seçim turuna yekun vuruldu

Sumqayıtda “Xəmsə”nin şəhər seçim turuna yekun vuruldu

Sumqayıtda “Xəmsə”nin şəhər seçim turuna yekun vuruldu

Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında IX Azərbaycan Çempionatının Sumqayıt şəhəri üzrə seçim turu keçirilib.

Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov iştirakçı komandaları salamlayaraq, əsası Ümummili Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, ölkə və şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi diqqət və qayğıdan, Respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışaraq qeyd etdi ki, çempionatın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, onlar arasında elmin nüfuzunu artırmaq, asudə vaxtlarının səmərəli təşkil etməkdir. Qeyd olundu ki, bu gün şəhərimizdə də gənclərimizin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılmış, müasir tələblərə cavab verən obyektlər istifadəyə verilib.

Yarışda şəhərin müxtəlif sahələrini təmsil edən 13 komanda iştirak edib. Gərgin və maraqlı şəraitdə keçən bilik yarışının sonunda I yerə Baş İdarə nəznində Sumqayıt İntelektual Mərkəzinin "Eldorado”, II yerə "Kaspi”, III yerə isə Sumqayıt Gənclər Evinin "Gənclik” komandaları layiq görülüb. Qaliblərə Baş İdarənin kubok, medal, fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, ilk dördlüyə layiq görülən "Eldorado”, "Kaspi”, "Gənclik” və "Qriffindor” komandaları cari ilin aprel ayının 22-də təşkil ediləcək Oyunların "Abşeron zonası” üzrə seçim turunda şəhərimizi təmsil etmək hüququ qazanıblar.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR