Sumqayıtda hava

Manşet, Cəmiyyət

Gənc mühəndislər "Azərikimya"da təcrübələrini uğurla davam etdirirlər - FOTOLAR

Gənc mühəndislər "Azərikimya"da təcrübələrini uğurla davam etdirirlər - FOTOLAR

Bu gün SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin bütün istehsalat sahələrini əhatə edən yenidənqurma, rekonstruksiya və modernizasiya işləri kadr siyasətində də özünü göstərir. Yeni qurğu və avadanlıqların quraşdırılması, kompyuter sistemi ilə idarəetmə, eyni zamanda bu qurğu və avadanlıqları problemsiz işlədə biləcək yeni ixtisaslı fəhlə və ali təhsilli mühəndis kadrlarına tələbat bu istiqamətdə müəyyən addımların atılmasını zəruri edir.

"Azərikimya" İB SOCAR-ın İnsan Resursları Departamenti ilə birgə bu məsələnin həlli istiqamətində xüsusi tədbirlər proqramı işləyib həyata keçirir. Bunlardan biri də bu ilin yanvar ayında "Azərikimya" İB-nin Etilen-polietilen zavodunda iki aylıq ödənişli istehsalat təcrübəsi keçmək üçün elan olunmuş müsabiqədir. Mühəndis-mexanik, mühəndis-energetik, nəzarət-ölçü cihazları və avtomatika üzrə mühəndis, mühəndis-texnoloq və kimya mühəndisliyi ixtisasları üzrə elan olunmuş müsabiqəyə 150 nəfərə yaxın bakalavr təhsilli, əsas etibarilə Sumqayıt qeydiyyatında olan gənc müraciət edib. İlkin seçim müsabiqəsində daha fəal olan və sualları düzgün cavablandıran 31 nəfər gənc kadr növbəti mərhələyə vəsiqə alıb və "Azərikimya"da iki aylıq ödənişli təcrübə keçmək hüququ qazanıb. Artıq üçüncü həftədir ki, gənclər Etilen-polietilen zavodunun müxtəlif istehsalatlarında kimyaçılar ailəsinin bərabərhüquqlu üzvü kimi təcrübə keçirlər.

Biz də bu gənclərin iki aylıq təcrübə dövründəki fəaliyyətlərini, təcrübə keçdikləri sahə və ümumilikdə gələcək karyeraları ilə bağlı məqsədlərini öyrənmək üçün onlarla görüşdük.

İlkin olaraq zavodun Polietilen istehsalatından başlamaq qərarına gəldik. Bu istehsalat özündə etilenin qəbulu və sıxılması, sintez, konfeksiya, avadanlıqların təmiri və emal üzrə istehsalatı, metroloji təminat və avtomatika, elektrik avadanlıqlarının təmiri və istismarı, mexaniki emal və digər sahələri birləşdirir. Gənc kadrlardan 9-u bu istehsalatda təcrübə keçir. Gəlin, onların özlərini dinləyək:

Qibləli Xalıqov:

- 2015-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) proseslərin avtomatlaşdırılması fakültəsini bitirmişəm. Metroloji təminat və avtomatika sahəsində NÖZ və avtomatika üzrə 9-cu dərəcəli mühəndis kimi təcrübə keçirəm. Təcrübə rəhbərim xidmət rəisi Mirsəməd Həşimovdur.

Seymur Novruzov:

- 2014-cü ildə ADNSU-nu bitirərək proseslərin avtomatlaşdırılması üzrə mühəndis ixtisasına yiyələnmişəm. Hazırda ADNSU-nun magistraturasında təhsil alıram, bu ilin iyun-iyul aylarında diplom işini müdafiə edəcəyəm. Zavodda sintez sahəsində NÖZ və avtomatika üzrə mühəndis kimi təcrübə keçirəm. Təcrübə rəhbərim metroloji təminat və avtomatika sahəsinin rəis müavini Ramazan Qurbanovdur.

Ramin Cəmaləddinov:

- 2016-cı ildə Sumqayıt Dövlət Universitetinin fizika və elektroenergtetika fakültəsini elektroenergetika ixtisası üzrə bitirmişəm. Etilenin qəbulu və sıxılması sahəsində mühəndis kimi təcrübə keçirəm. Təcrübə rəhbərim EQS sahəsinin energetiki Qəribxan Rəhimovdur.

Fuad Əzizov:

- 2012-ci illərdə Azərbaycan Texniki Universitetinin avtomatika və kompyuter texnikası fakültəsinin avtomatika və hesablama texnikası mühəndisliyi ixtisası üzrə bakalavr pilləsini bitirmişəm, həmçinin 2012-2014-cü illərdə həmin universitetdə energetika sistemlərinin avtomatik idarə edilməsi ixtisası üzrə bakalavr pilləsi üzrə təhsil almışam. Polietilen istehsalatında mühəndis kimi təcrübə keçirəm. Təcrübə rəhbərim istehsalatın böyük energetiki Natiq Məmmədovdur.

Şükür Qəhrəmanov:

- Təcrübə rəhbərim sahə rəisinin müavini Rəhim Əkbərovdur. 2015-ci ildə ADNSU-nun kimya-texnologiya fakültəsini neft emalı üzrə kimyaçı-mühəndis ixtisası üzrə bitirmişəm. Etilenin qəbulu və sıxılması sahəsində kimyaçı-mühəndis kimi təcrübə keçirəm.

Adışirin Məmmədov:

- 2016-cı ildə ADNSU-nun kimya-texnologiya fakültəsini əsas üzvi sintez və yüksək molekullu birləşmələrin kimyəvi texnologiyası ixtisasını bitirmişəm. Etilenin qəbulu və sıxılması sahəsində kimyaçı-mühəndis kimi təcrübə keçirəm. Təcrübə rəhbərim sahə rəisinin müavini Rəhim Əkbərovdur.

Vahid Quliyev:

- 2015-ci ildə Azərbaycan Texniki Universitetinin elektrotexnika və energetika fakültəsini elektrik mühəndisliyi ixtisası üzrə bitirmişəm. Müəssisənin elektrotexniki laboratoriyasında mühəndis-elektrik kimi təcrübə keçirəm. Təcrübə rəhbərim elektrotexniki laboratoriyanın rəis müavini Sübhan Həsənovdur.

Fuad Məmmədov:

- 2011-ci ildə Azərbaycan Texniki Universitetinin texnoloji maşınlar və avadanlıqlar fakültəsini plastik kütlə və rezin emalı ixtisası üzrə bitirmişəm. 4 il Sumqayıt Texnologiyalar Parkında operator işləmişəm. Taleyimi kimya sənayesi ilə bağladıqdan sonra bu müsabiqədə iştirak etmək qərarına gəldim. Avadanlıqların təmiri və emal üzrə istehsalat sahəsində mühəndis-mexanik kimi təcrübə keçirəm. Təcrübə rəhbərim bu sahənin rəis müavini Telman Məmmədovdur.

Rüstəm İsmayılov:

- 2016-cı ildə Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsini mexanika mühəndisliyi ixtisası üzrə bitirmişəm. Avadanlıqların təmiri və emal üzrə istehsalat sahəsində mühəndis-mexanik kimi ödənişli istehsalat təcrübəsindəyəm. Təcrübə rəhbərim isə avadanlıqların təmiri sahəsinin rəis müavini Telman Məmmədovdur.

Gənc kadrlarla birbaşa təcrübə keçdikləri sahələrdə görüşdük. Hamısı ilə bir-bir söhbət apardıq. Təcrübə rəhbərlərinin münasibətini öyrəndik. Gənclərin söylədiklərini ümumiləşdirərək belə bir qənaətə gəldik ki, hər biri "Azərikimya"nın istehsalat sahələrində təcrübə keçmələrindən çox məmnundur. Özlərini doğma kollektivdəki kimi hiss edirlər. Hər biri fərdi mühafizə vasitələri ilə tam təmin olunub. İş və əmək şəraitləri çox yaxşıdır. Qısa müddət keçməsinə baxmayaraq, gənclər təcrübə rəhbərlərinin köməyi, eyni zamanda sahənin digər mütəxəssislərinin məsləhət və tövsiyələri ilə ciddi irəliləyişə nail olublar.

Gənclər onu da vurğuladılar ki, iki aylıq ödənişli təcrübə başa çatdıqdan sonra İnsan Resursları Departamentinin keçirəcəyi test imtahanlarında fəallıq göstərərək yüksək bal toplamaq və talelərini "Azərikimya" ilə bağlamaq niyətindədirlər. Çünki "Azərikimya" İstehsalat Birliyində mərhələli şəkildə həyata keçirilən yeni layihələr, aparılan rekonstruksiya və modernizasiya işləri, tikilən müasir qurğular, yaradılan yeni istehsalat sahələri onu deməyə əsas verir ki, Azərbaycanın kimya sənayesi özünün yeniləşmə və inkişaf mərhələsini yaşayır və sabahı daha da gözəl olacaq.

Təcrübə rəhbərləri ilə söhbətdən sonra onların da gənc təcrübəçilərlə bağlı həmfikir olduqlarını gördük. Yekdil fikir isə belə idi:

- Polietilen istehsalatında olan təcrübəçilərin doqquzu da çalışqandır, məsuliyyətlidir, özlərinə qarşı tələbkardır. Davranışları, nizam-intizamlı olmaları ilə seçilirlər, qavrama qabiliyyətləri qaneedicidir. Hər bir təcrübəçi üçün aylıq, eyni zamanda həftəlik plan tutulub, təcrübəni də bu plana uyğun keçirlər. Həmçinin ev tapşırıqları verməklə biliklərini bir az da artırırıq. Çalışırıq ki, iki ay ərzində bu gənclərə maksimum təcrübi bilik verə bilək. Hiss olunur ki, onlar da çalışqanlıqları, işə məsuliyyətlə yanaşmaları ilə göstərilən etimadı doğrultmaq istəyirlər.

"Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunun polietilen istehsalatından, burada təcrübə keçən gənclərdən, onlara praktiki bilik verən təcrübə rəhbərlərindən və onları əhatə edən şərəfli peşə sahiblərindən - kimyaçılardan xoş təəssüratlarla ayrıldıq.

Növbəti mərhələdə oxucularımızı müəssisənin Etilen istehsalatının müxtəlif sahələrində təcrübə keçən digər gənclərlə tanış edəcəyik.

"Yenisumqayit.az"

Gənc mühəndislər "Azərikimya"da təcrübələrini uğurla davam etdirirlər - FOTOLAR

Gənc mühəndislər "Azərikimya"da təcrübələrini uğurla davam etdirirlər - FOTOLAR

Gənc mühəndislər "Azərikimya"da təcrübələrini uğurla davam etdirirlər - FOTOLAR

Gənc mühəndislər "Azərikimya"da təcrübələrini uğurla davam etdirirlər - FOTOLAR

Gənc mühəndislər "Azərikimya"da təcrübələrini uğurla davam etdirirlər - FOTOLAR

Gənc mühəndislər "Azərikimya"da təcrübələrini uğurla davam etdirirlər - FOTOLAR

Gənc mühəndislər "Azərikimya"da təcrübələrini uğurla davam etdirirlər - FOTOLAR

Gənc mühəndislər "Azərikimya"da təcrübələrini uğurla davam etdirirlər - FOTOLAR

Gənc mühəndislər "Azərikimya"da təcrübələrini uğurla davam etdirirlər - FOTOLAR





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR