Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtlılar “Sabahın Ulduzları” kuboku üzrə birinciliyi gümüş medalla başa vurdu

Sumqayıtlılar “Sabahın Ulduzları” kuboku üzrə birinciliyi gümüş medalla başa vurdu

Futbol üzrə "Sabahın Ulduzları” kuboku uğrunda Azərbaycan birinciliyinə yekun vurulub.

 

Cari ilin mart ayında futbol üzrə Xaçmaz rayonunda 10-11 yaşlı yeniyetmələr arasında "Sabahın Ulduzları” kuboku uğrunda Azərbaycan birinciliyinin zona yarışı keçirilib. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin nəznində fəaliyyət göstərən İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər İdman Məktəbinin komandası hamıdan güclü olduqlarını sübut edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq finala vəsiqə qazanıblar.

Biləsuvar rayonunda keçirilən və gərgin mübarizə şəraitində keçən final mərhələsində isə Sumqayıt komandası yalnız finalda uduzaraq yarışı gümüş medalla başa vurub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR