Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtın gənc “Şahin”ləri finala vəsiqə qazandılar


Aprelin 20-də Qusar rayonu "N” saylı hərbi hissədə "Şahin” hərbi idman oyunun Quba-Xaçmaz zonası üzrə birinciliyi keçirilib. Sumqayıt şəhər, Siyəzən, Abşeron, Xaçmaz, Quba, Şabran, Xızı və Qubadlı rayonlarının iştirak etdiyi zona yarışına dövlət himninin səsləndirilməsi ilə start verilib.

Sumqayıt şəhərini təmsil edən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın komandası ən yüksək nəticə göstərərək I, Xaçmaz II, Quba rayonu isə III yerə layiq görülüb. Qalib "Şahinlərə” Gənclər və İdman Nazirliyinin diplom və kubokları hədiyyə edilib.

Qeyd edək ki, qaydalara uyğun olaraq I, II yerləri tutan komandalar Respublika finalında iştirak etmək hüququ qazanıblar.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR