Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt şəhər 11 saylı tam orta məktəbdə “Torpaq günü”

Sumqayıt şəhər 11 saylı tam orta məktəbdə “Torpaq günü”

Hər il aprel ayının 22-də Ümumdünya "Torpaq günü” kimi qeyd olunur. Dünyanın müxtəlif ölkələrində, müxtəlif səviyyələrdə maraqlı tədbirlər keçirilir. Həmin tədbirlər öz rəngarəngliyi və mövzu əhatəsi ilə seçilir. Təbiət, ətraf mühit, yeraltı və yerüstü milli sərvətlər haqqında məlumat verilir, iməciliklər keçirilir, abadlıq işləri aparılır.

168saat-ın bilgisinə görə "Torpaq günü” Sumqayıt şəhər 11 saylı tam orta məktəbində də keçirilib. Təşəbbüskar Azərbaycan "Humanizm pedaqogikası” mərkəzinin 11 saylı orta məktəbdə fəaliyyət göstərən "Humanizm pedaqogikası” laboratoriyası, onun rəhbəri Fəridə Şirinova olub. "Torpaq günü”nə əvvəlcədən hazırlıq görülüb, tədbirlər planı işlənib hazırlanıb.

Aprelin 22-də məktəbin müəllim və şagird heyəti böyük həvəslə iməcilik keçiriblər. Siniflər və otaqlar səliqəyə salınıb, məktəbyanı yaşıllıqlara qulluq göstərilib, 100-ə yaxın ağac əkilib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR