Sumqayıtda hava

Cəmiyyət

28 saylı məktəbdə maarifləndirmə tədbiri keçirilib

28 saylı məktəbdə maarifləndirmə tədbiri keçirilib

28 saylı məktəbdə maarifləndirmə tədbiri keçirilib

28 saylı məktəbdə maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi aprelin 26-da Sumqayıt şəhər 28 №-li tam orta məktəbdə "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Mərkəzdən "Yenisumqayit.az"a bildirilib ki, tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları və məktəbin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə "Fövqəladə halların təsnifatı”, "Zəlzələ zamanı necə davranmalı”, "Sel və daşqın zamanı nə etməli”, "Məişətdə yanğın zamanı davranış qaydaları”, "Odsöndürən balonlardan istifadə”, "Dəm qazı”, "Çimərliklərdə təhlükəsizlik qaydaları” və "112 qaynar xətti” mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilib.

Sonda mövzulara dair suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR